12px13px15px17px
Tarix:26/05/15

“Cisco” şirkəti Bakıda "Verilənlərin Emalı Mərkəzi və təhlükəsizlik" mövzusunda forum keçirib

Bu gün Bakıda “Cisco” şirkətinin "Verilənlərin Emalı Mərkəzi (VEM) və təhlükəsizlik" mövzusunda forumu keçirilib.

Şirkətin Azərbaycan nümayəndəliyinin başçısı Vladimir Orlovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, yerli İT bazarını regionun digər ölkələrindən fərqləndirən amil onun ambisiyalı olmasıdır.
 
“Azərbaycanda ölkə rəhbəri başda olmaqla əhali yeniliyə can atır, innovasiyaların tətbiqinə açıqdır. Bu isə ölkəyə bir çox üstünlüklər qazandıran lider düşüncə tərzidir. Ölkədə yaxın zamanda Birinci Avropa Oyunlarının keçirilməsi, 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları i bunun bariz nümunəsidir. Siz  gələcəkdə bu proseslərin ümumilikdə ölkəyə necə müsbət təsir göstərəcəyini müşahidə edəcəksiniz. Çünki hər bir işdə birincilik möhürünü vurmağın böyük üstünlükləri var. Texnologiyaların tətbiqində də “Cisco” şirkəti birinci olduğuna görə bu hissləri çox yaxşı başa düşür. Sizin ölkənin dinamikliyi çox gözəl təəssürat bağışlayır. Yeni təşəbbüslər inkişafın təməlini qoyur, hətta bu prosesdə çətinliklər, hər hansı  əskikliklər olsa belə, bu, bir addım öndə olmağa imkan verir. Biz bugünkü tədbirdə biznesin inkişafına müsbət təsir göstərə biləcək Data mərkəzləri vasitəsi ilə təhlükəsizlik həlləri kompleks həllərini təqdim etdik”, - deyə qeyd edib.
Azərbaycanda bu cür forum ilk dəfə keçirilir. Tədbir iştirakçılarına "Verilənlərin emalı mərkəzləri" və "İnformasiya təhlükəsizliyi" çərçivəsində maraqlı təqdimatlar təqdim edilib.  

“Cisco” şirkəti informasiya təhlükəsizliyi bazarında və "bulud" texnologiyalarına və “Big Data”-ya (Böyük Məlumatlar) hazır virtuallaşdırılmış, miqyaslanan VEM infrastrukturu sahəsində dünyada şəksiz lider hesab olunur.  Son illər virtuallaşdırılmış mühit, kontent və mobil cihazların qorunması, şəbəkə çıxışına və proqramlara nəzarət, zərərli kodlarla mübarizə və s. bu kimi əməliyyatlar üçün hazırladığı bir sıra yeni həllər sayəsində “Cisco”-nun informasiya təhlükəsizliyi sahəsindəki mövqeləri nəzərəçarpan dərəcədə möhkəmlənib. 
 
Tədbirdə “R.İ.S.K”, “Intel”, “Softline” şirkətlərinin nümayəndələri məlumat emalı mərkəzlərinin işi və təhlükəsizliyi ilə bağlı maraqlı məruzələrlə çıxış ediblər.
 
Aynur Vəliyeva 
 
 



 



Baxış sayı: 689

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024