12px13px15px17px
Tarix:27/05/15

“Elektron hökumət” portalında yeni onlayn servis işə salınıb

“Elektron hökumət” portalında yeni xidmət istifadəyə verilib.
 
Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, “Onlayn konsultasiya” adlanan xidmət vasitəsilə vətəndaşların portala müraciəti zaman yaşana biləcək istənilən sual və problemlər dərhal yerindəcə öz həllini tapacaq.  
 
Sözügedən xidmətə daxil olaraq vətəndaş ad, soyadını, elektron poçt ünvanını qeyd etməli, sual və ya təkliflərin cavablanması üçün müvafiq istiqaməti seçməli, daha sonra müraciətini ətraflı şərh etməlidir.
 
 
Qeyd edək ki, “Onlayn konsultasiya” xidməti yalnız iş vaxtı xidmət göstərir.
 
 
CAHANGİR
 



Baxış sayı: 608

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024