12px13px15px17px
Tarix:27/05/15

İKT səhiyyə xidmətlərindən istifadəni asanlaşdırır

Proqnoza görə, 2030-cu ilədək dünyada 366 milyon insan diabet xəstəliyindən əziyyət çəkəcək. Bay Umar Qey mobil səhiyyə variantlarının Seneqalda diabetiklər üçün səhiyyə xidmətlərinə girişi tamamilə dəyişdirməsini izah edib.
 
 
Mən yaxşı təhsil almışam, maraqlı peşədə uğurla işləyirəm. Amma 7 yaşım olanda mənə diabet diaqnozu qoyulub.
 
Düzgün qulluq etdikdə bu xəstəlik mənim gündəlik həyatıma təsir etmir.
 
Diabet doğrudan həyat tərzini tamamilə dəyişdirir: gün ərzində insulinin səviyyəsinin təhlükəsiz diapazonda qalmasına nəzarət etmək, qida rejiminə və fiziki yüklənməyə ciddi riayət etmək lazımdır, bu halda sağlam həyat tərzi keçirmək mümkündür. Eyni zamanda sağlam həyat tərzi lazımi informasiyanın mövcudluğundan asılıdır və onu tibbi xidmətlərdən istifadənin əlçatmaz olduğu rayonlarda əldə etmək asan deyil. İKT – bu, informasiyanın səmərəli yayılması üçün ən yaxşı üsuldur; hazırda dünyada təqribən 7 milyard mobil rabitə müqaviləsi var, 3 milyard insan internetə çıxışa malikdir və demək olar, hər yerdə radioqəbuledicilər mövcuddur. Bu xidmətlərdən istifadə diabet xəstəliyindən əziyyət çəkən insanların səhiyyə xidmətlərinə girişi üçün birbaşa, ucuz, cəlbedici və innovativ variantlar təqdim edə bilər.
 
İKT diabet və qeyri-infeksion xəstəliklərlə yaşayan insanların yaşayış keyfiyyətini kəskin yüksəldə bilər. 2012-ci ildə qeyri-infeksion xəstəliklərdən 38 milyon insan dünyasını dəyişib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qiymətləndirməsinə görə, ürək xəstəlikləri, insult və diabet xəstəliklərinin 80 faizinin qarşısını almaq olar; biz siqaret çəkmə, qeyri-sağlam qidalanma, yüksək arterial təzyiq və qanda şəkərin yüksək miqdarını azaltmaq üçün mobil rabitə texnologiyalarının yayılması üzərində işləməliyik.
 
 
Seneqalın səhiyyə sisteminin dəstəklənməsi
 
Afrika ölkələrinin bir çoxunda həyat tərzi və qida rejimində dəyişikliklərlə əlaqədar diabet diaqnozunun qoyulması hallarının sayının artımı müşahidə olunur və Seneqal istisna deyil. Ölkənin yaşlı əhalisinin 4 faizindən çoxu bu xəstəlikdən əziyyət çəkir və bəzi rayonlarda bu göstərici 10 faizə yaxınlaşır.
 
2014-cü ildə biz BTİ və ÜST ilə birgə Seneqalda "mDiabetes" proqramını reallaşdırmağa başladıq. Seneqalda əhalinin 83 faizi mobil telefondan istifadə edir. Mobil telefonların 40 faizi smartfondur.
 
"Mobil Ramazan" (“mRamadan”) adlı eksperimental layihə
 
Seneqal əhalisinin 94 faizini müsəlmanlar təşkil edir. Ramazan müsəlmanların müqəddəs bayramıdır. Bu bayram zamanı dindarlar gün çıxandan gün batanadək oruc tutur. Bu isə o deməkdir ki, Ramazan – diabet xəstələri üçün risk daşıyan bir dövrdür: gün ərzində qida qəbul etməyən dindar orucu açan zaman onun orqanizminə böyük miqdarda şəkər daxil olur. Belə qeyri-müntəzəm qidalanma səbəbindən səhiyyə orqanları insanların idarəolunmayan diabetlə təcili xəstəxanaya yerləşdirilməsi hallarının artımını qeyd edir.
 
Biz müqəddəs Ramazan bayramına dörd həftə qalmış istifadəçilərin oruc ayına hazırlaşmasına kömək üçün onlara gündə bir mesaj göndəririk. Adətən aşağıdakı tipdə mesajlar göndərilir: "Hər səhər oruc tutmazdan əvvəl 1 litr su için", "Özünüzü gündən və xurma kimi şəkərlə bol qidalardan qoruyun". Ölkə üzrə 2000 istifadəçiyə 80 min ödənişsiz SMS mesaj göndərilib.
 
İnformasiya kampaniyası olduqca uğurlu keçdi və eksperimental layihədə iştirak edənlərin 99 faizi bildirib ki, yenidən mesaj qəbul etmək istəyərdi.
 
 
Emil Hüseynov

 
 
 



Baxış sayı: 730

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024