12px13px15px17px
Tarix:29/05/15

2014-cü ildə qlobal videotrafikin həcmi 64 faiz artıb

“Kleiner Perkins Caufield and Byers” vençur şirkətinin tərəfdaşı olan veb analitik Meri Mikerin hesabatına əsasən, 2013-cü illə müqayisədə 2014-cü ildə qlobal videotrafikin həcmi 64 faiz yüksəlib və artım tempi nümayiş etdirir, halbuki ümumilikdə internet trafikin artım tempi azalır.
 
Hesabata əsasən, ötən il ümumi internet trafikinin həcmi 21 faiz yüksəlib, halbuki 2013-cü ildə bu göstərici 24, 2012-ci ildə 31 faiz olub. Bununla belə, 2012-ci ildə videotrafikin həcmi 57, 2013-cü ildə 62 və 2014-cü ildə isə 64 faiz yüksəlib.
 
Bu halda mobil trafik ən yüksək artım tempi nümayiş etdirsə, lakin bu seqmentdə də azalma müşahidə olunur: 2014-cü ildə mobil trafik 69 faiz yüksəlib, 2013-cü ildə 81, 2012-ci ildə 70 faiz olub. 2014-cü ildə mobil qurğuların köməyi ilə generasiya olunan videotrafikin həcmi 55 faiz yüksəlib.
 
2014-cü ilin nəticəsinə görə, dünyanın internet auditoriyası 2,8 milyard istifadəçi (planet əhalisinin 39 faizi) təşkil edib ki, bu da 2013-cü illə müqayisədə 8 faiz yüksəkdir, bununla belə bu göstəricinin artım tempi tədricən azalır: 2013-cü ildə internet auditoriyasının artım tempi 10, 2012-ci ildə 11 faiz təşkil edib.
 
Hesabata əsasən, inkişaf etməkdə olan bazarlar hesabına artım qeydə alınır.
 
Zaman keçdikcə daha çox insan smartfonlar vasitəsilə internetdən istifadə edir, ancaq mobil auditoriyanın artım tempi, həmçinin azalır. Belə ki, 2014-cü ildə mobil internetin istifadəçilərinin artımı 23 faiz təşkil edib. 2013-cü ildə bu göstərici 27, 2012-ci ildə 65 faiz olub. Planet əhalisinin 73 faizi (5.2 milyard) mobil telefon istifadəçiləridir.
 
Emil Hüseynov



Baxış sayı: 371

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 Dekabr 2020

05 12 2020

05/12/20
"Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC 

05/12/20
Ən yaxşı kameraya malik smartfon bəlli olub

Videobloqer Markes Braunli “Asus ZenFone 7 Pro” qurğusunu ən yaxşı kameraya malik smartfon adlandırıb

05/12/20
“Microsoft” korporasiyası “Windows” sistemində aşkar edilmiş kritik boşluğu tanımayıb

“Windows” sistemində korporativ alətlər vasitəsilə müdaxilə imkanı aşkar edilib