12px13px15px17px
Tarix:29/05/15

“NASA” Marsa göndəriləcək yeni aparatın sınaqlarına başlayıb

ABŞ Kosmik Agentliyi (NASA) "InSight” adlanan yeni aparatın sınaqlarına başlayıb. Aparatın 2016-cı ildə Marsa göndərilərək Qırmızı planetə ilk ekspedisiya üçün məlumatlar toplaması planlaşdırılır.
 
Agentliyin məlumatına görə, qabariti orta minik maşınının qabaritinə bərabər olan "InSight” seysmik aktivliyi, planet səthində istilik mübadiləsini tədqiq edəcək, eləcə də geodeziya ilə məşğul olacaq. Bununla alimlər Marsı öyrənməklə yanaşı, belə planetlərin, o cümlədən Yerin necə formalaşmasını anlamağa çalışacaqlar.
 
2016-cı ildə buraxılması gözlənilən "InSight” təyinat yerinə təxminən altı aydan sonra çatacaq. Hazırda mütəxəssislər onun yüksək ekstremal temperaturlara dözümlüyünü yoxlayır, ətrafında vakuum daxil olmaqla açıq kosmosa oxşar şərait yaradır, akkumulyatorların işini sınaqdan keçirirlər. “Aparatın yığılması problemsiz başa çatıb və onun işləməsini görmək vaxtı artıq çatıb. Ətraf mühit şəraitində sınaqlar qurğu Yerdə olanadək bizim aradan qaldıra biləcəyimiz çatışmazlıqları aşkar etmək məqsədi daşıyır”, - "InSight” proqramının idarəedicisi Sty Spat bildirib.
 
"InSight” beynəlxalq layihədir. Layihə üzərində Avstriya, Belçika, Kanada, Fransa, Almaniya, Yaponiya, Polşa, İspaniya, İsveçrə, Böyük Britaniya və ABŞ mütəxəssisləri çalışıb, - “TASS yazır. 



Baxış sayı: 592

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024