12px13px15px17px
Tarix:29/05/15

Rektor “IBM” şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş direktoru ilə görüşüb

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “IBM” şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş direktoru Devid La Ros, “IBM” şirkətinin Azərbaycan üzrə rəhbəri İlya Kravtsov və “IBM” şirkətinin əməkdaşı Bahadur İbrahimov ilə görüşüb.
 
Rektor rəhbərlik etdiyi ali məktəb haqqında geniş məlumat verərək, onun fəaliyyət istiqamətlərindən söz açıb. Elmar Qasımov Bakı Ali Neft Məktəbində tədrisin Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirildiyini vurğulayıb. 
 
“IBM” şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş direktoru Devid La Ros səmimi qəbula görə minnətdarlığını bildirib.
 
Devid La Ros Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq imkanlarının müzakirəsinə hazır olduğunu və əlaqələrin yaradılmasında maraqlı olduğunu qeyd edib.
 
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.
 
RƏVAN
 



Baxış sayı: 525

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024