12px13px15px17px
Tarix:29/05/15

“Bakcell”dən “Ulduzum” mobil tətbiqi

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “Ulduzum” sadiqlik proqramının üzvləri üçün xüsusi mobil tətbiq təqdim edib.

Bu pulsuz proqram sayəsində  “Bakcell”  abunəçiləri 120-dən çox “Ulduzum” partnyoru tərəfindən təqdim olunan müxtəlif endirim və güzəştlərdən  daha asan yolla faydalana biləcəklər.
 
“Ulduzum” abunəçiləri mobil tətbiqi telefona yüklədikdən sonra yerləşdikləri əraziyə ən yaxın olan “Ulduzum” tərəfdaşı haqqında məlumat ala, “Ulduzum” endirim kodu əldə edə, gün ərzində istifadə edilməmiş imkanlar, xərclənən və endirimli məbləğ haqqında məlumat öyrənə, endirim təqdim edən tərəfdaşların siyahısına baxa və  digər yeniliklər barədə ətraflı məlumat əldə edə bilərlər.

“Android” əməliyyat sistemli mobil cihazlara “Ulduzum” tətbiqini  https://goo.gl/pOci5l , “IOS” əməliyyat sistemli cihazlara  https://goo.gl/KZKuta linkindən yükləmək olar.

Abunəçilərinin sayı 1 milyondan  artıq  olan “Ulduzum” sadiqlik proqramının tərəfdaşları siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var.
 
RƏVAN



Baxış sayı: 584

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024