12px13px15px17px
Tarix:30/05/15

Fərdi kompüterlərin satışı azalır

2015-ci ildə dünyada fərdi kompüterlərin tədarükü 2014-cü illə müqayisədə 6,2 faiz azalaraq 289 milyon ədəd təşkil edəcək. Bu barədə "IDC" analitik şirkətinin məlumatında deyilir.
 
Qeyd olunur ki, fərdi kompüterlər bazarının həcmi 2012-ci ildən durmadan azalır. Bu il mənfi dinamika "Windows 10" əməliyyat sisteminin çıxmasına baxmayaraq saxlanılacaq. Lakin digər  analitik şirkət - "Gartner" 2015-ci ildə bazarda 1 faizlik artım proqnozlaşdırır.
 
"Windows 10"-dək pulsuz yenilənmə imkanının olması istehlak seqmentində yeni fərdi kompüterlərə tələbatı azaldacaq. Öz növbəsində korporativ sifarişçilərə sistemin tətbiqinə başlamazdan əvvəl "Windows 10"-un öyrənilməsi üçün vaxt lazım olacaq.
 
Fərdi kompüterlərin yenilənməsinə ehtiyacın olmaması həmçinin onunla əlaqədardır ki, "Windows 10"-un sistem tələbləri "Windows 8"-in tələbləri ilə oxşardır.
 
"IDC" nümayəndələri qeyd edir ki, 2015-ci ilin sonunda da bazarda vəziyyət ürəkaçan olmayacaq. İstehlakçılar pullarını yeni kompüterlərə yox, mobil qurğulara - smartfon, planşet və daşınan qurğulara xərcləyəcək.
 
Dünyada tələbata, xüsusilə istehlak seqmentinə dolların məzənnəsinin bahalaşması və xammal qiymətinin ucuz olması da mənfi təsir göstərəcək.
 
Şirkətin qiymətləndirməsinə görə, 2015-ci ildə dünya bazarına 167,2 milyon mobil kompüter və 121,8 milyon fərdi kompüter tədarük ediləcək. Mobil kompüterlər bazarda miqdar ifadəsində 57,9 faiz, fərdi kompüterlər 42,1 faiz paya sahib olacaq. Bu il iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrin fərdi kompüterlərin ümumi tədarükündə payı 53,3 faiz, inkişaf etmiş ölkələrin 46,7 faiz təşkil edəcək.
 
"IDC"-nin proqnozuna görə, 2016-cı ildə dünya fərdi kompüterlər bazarında vəziyyət stabilləşəcək və bundan sonra bir neçə il cüzi artım olacaq. 2015-2019-cu illərdə bazarın say ifadəsində illik orta artımı 0,4 faiz təşkil edəcək. Bununla yanaşı, fərdi kompüterlərin tədarükü ildə 0,6 faiz aşağı düşəcək, mobil fərdi kompüterlərin illik tədarükü 1,2 faiz yüksələcək.
 
Əlavə edək ki, "IDC"-nin məlumatına görə, 2014-cü ildə dünya bazarına fərdi kompüterlərin tədarükü 2,1 faiz, "Gartner"-in məlumatına görə, 0,2 faiz azalıb, - "CNews" yazır.



Baxış sayı: 1310

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024