12px13px15px17px
Tarix:30/05/15

“Google” mobil reklam gəlirinin 75 faizini “Apple”dan qazanır

"Goldman Sachs" investisiya bankının məlumatına əsasən, "Android" əməliyyat sistemi ilə işləyən smartfon və planşetlərin dünya bazarında ("IDC" analitik şirkətinin 2015-ci ilin birinci rübünə olan məlumatına görə, bu qurğuların bazar payı 78 faiz təşkil edir) liderliyinə baxmayaraq, "iPhone" və "iPad" daha çox pul qazandırır.


"ICTnews" elektron xəbər xidməti "vedomosti.ru" saytına istinadən bildirir ki, investisiya bankında işləyən analitiklərin məlumatına görə, 2014-cü ildə "Google" şirkəti mobil reklam gəlirinin 75 faizini "Apple" korporasiyasının "iOS" qurğularının köməyi ilə əldə edib.

Ötən il internet nəhəngi reklamdan 59 milyard dollar qazanıb ki, bu məbləğin də təxminən 20 faizi və ya 11,8 milyard dolları mobil reklamın payına düşüb.

"Gartner" tədqiqat şirkətinin məlumatına görə, ötən il dünyada "Google"un əməliyyat sistemi ilə işləyən 1 milyarddan çox qurğu satılıb. "Apple" qurğuları beş dəfə daha az, "Windows" platformalı qurğular isə üç dəfə daha az satılıb.

Müstəqil analitik Çetan Şarmın məlumatına görə, qurğuların satış həcminin artmasına baxmayaraq, ötən il "Android" platformasının gəlirliliyi 44 faiz azalıb.

Emil Hüseynov



Baxış sayı: 893

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024