12px13px15px17px
Tarix:01/06/15

Niderland məlumat sızması faktlarının gizlədilməsinə görə cərimə tətbiq edir


Niderland parlamentinin yuxarı palatası ölkənin müəssisə və təşkilatlarının ictimaiyyətdən məlumat sızması və digər əhəmiyyətli kiberinsident faktlarının gizlədilməsinə görə cəriməni nəzərdə tutan yeni qanunu təsdiq edib.
 
Ümumilikdə qanun "Data Protection Authority" dövlət tənzimləyicisi orqanının səlahiyyətlərini xeyli genişləndirir. Belə ki, əvvəllər nəzarətedici orqan yalnız dövlət strukturlarına sanksiyalar tətbiq edə bilirdisə, indi bu, özəl biznesə də şamil olunacaq. Bundan başqa, əvvəllər qanunu pozan təşkilata tətbiq edilən maksimal cərimə 4,5 min avro idisə, hazırda bu məbləğ dəfələrlə artırılıb. "Data Protection Authority" dövlət orqanı şirkəti 810 min avrodan çox olmamaq şərti ilə onun illik dövriyyəsinin 10 faizinə bərabər məbləğdə cərimələyə bilər. Məsələn, məlumat sızması faktlarının gizlədilməsinə görə maksimal cərimənin məbləği 450 min avro təşkil edəcək.
 
Qanuna görə, məlumat sızmasına yol vermiş şirkətlər "Data Protection Authority" və potensial qurbanları insidentin miqyası, oğurlanan informasiyanın xarakteri, mümkün nəticələr və vəziyyətin qaydaya salınması üçün görülən tədbirlər barədə məlumatlandıracaq.
 
Lakin İT mütəxəssisləri arasında qanunun əleyhinə çıxanlar da az deyil. Onlar bildirirlər ki, qanunun qəbulu şirkətlər üçün bürokratik yükü artıracaq ki, bunun da nəticəsində onlar hətta ən əhəmiyyətsiz insidentlər barədə çoxlu hesabatlar tərtib etməli olacaqlar. Bundan başqa, qanunda bir sıra fikirlər konkretliyi ilə seçilmir ki, bu da çoxlu mülahizələr yürütməyə imkan verir. Eyni zamanda qanun tərəfdarları əmindir ki, qanun kibertəhlükəsizliyi möhkəmləndirəcək və biznesi məlumatların mühafizəsinə daha ciddi yanaşmağa məcbur edəcək, - "IT Expert" yazır.



Baxış sayı: 1185

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024