12px13px15px17px
Tarix:02/06/15

Vyanada hakerlərin nüvə obyektlərinə hücumlarının qarşısının alınması yolları müzakirə olunur

Vyanada nüvə dünyasında kompüter təhlükəsizliyi üzrə konfransın açılışında çıxış edən Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano terrorçuların və digər cinayətkarların nüvə obyektlərinə kiberhücumlarının qarşısını almaq üçün tədbirləri möhkəmləndirməyə çağırıb.

O qeyd edib ki, ötən il atom stansiyalarına haker hücumları qeydə alınıb.  
 
Vyanada başlayan konfrans BAEA-nın himayəsi ilə keçirilir. Tədbirdə 92 ölkədən və 17 regional və beynəlxalq təşkilatdan 650 ekspert iştirak edir.
 
Konfransın məqsədi dünya miqyasında nüvə obyektlərinin və materiallarının, eləcə də onlarla əlaqədar obyektlərin kiberhücumlardan mühafizəsi üzrə informasiya və təcrübə mübadiləsi və əməkdaşlığın möhkəmləndirilməsidir.   
 
Görüş iştirakçılarına müzakirə üçün təqdim edilən mövzular arasında ölkə miqyasında kompüter təhlükəsizliyi, kibertəhdidlər sahəsində hazırkı tendensiyalar və onlardan mühafizə, kompüter təhlükəsizliyinin nüvə təhlükəsizliyinin təminində rolu, kompüter təhdidlərinin təhlili, sənaye sahəsində idarəetmə sistemlərinin kompüter təhlükəsizliyi və kompüter təhlükəsizliyi üzrə əməliyyatların həyata keçirilməsi təcrübəsi yer alıb.  
 
Y.Amano vurğulayıb ki, kiberhücumların həyata keçirilməsi və ya planlaşdırılması barədə məlumatlar müasir dünyada gündəlik xəbərlərə çevrilib və onlardan nüvə sənayesi də sığortalanmayıb. Onun sözlərinə görə, ötən il atom elektrik stansiyalarına həm məqsədyönlü olmayan, həm də məqsədyönlü haker hücumları edilib, - BMT saytı yazır.



Baxış sayı: 584

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024