12px13px15px17px
Tarix:02/06/15

Kanadanın “İmpact Telecom” şirkəti Dağlıq Qarabağla bağlı səhvini düzəldib

Azərbaycan Respublikasının Kanadadakı səfirliyi bu ölkədə fəaliyyət göstərən “İmpact Telecom” (Startec) telekommunikasiya şirkəti tərəfindən Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin “Nagorno Karabakh” adı altında telefon zənglərinin çatdırıldığı məntəqə kimi göstərildiyini müəyyən edib.
 
 
Bu barədə “ICTnews”a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.
 
 
XİN-dən bildirilib ki, sözügedən səfirlik tərəfindən məsələ ilə əlaqədar Azərbaycanın narahatlığı və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların Ermənistan tərəfindən işğal edilməsi faktı “İmpact Telecom” (Startec) şirkətinin nəzərinə çatdırılıb və Azərbaycanın ərazisi olan Dağlıq Qarabağın şirkətin saytından çıxarılması və bu kimi zənglərin dayandırılması məsələsi qaldırılıb.
“İmpact Telecom” şirkətinin cavab məktubunda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin telefon zənglərinin çatdırıldığı məntəqələr sırasında göstərilməsi ilə əlaqədar təəssüf ifadə olunaraq, onun siyahıdan çıxarıldığı barəsində məlumat verilib.
 
 Zənglərin çatdırıldığı məntəqələrin siyahısının vahid siyahı əsasında şirkət tərəfindən əldə edildiyi və sistemin yükləndiyi bildirilib.
 
Məktubda, eləcə də “İmpact Telecom” şirkətinin Azərbaycanın ərazi bütövlüyü və Azərbaycan xalqı, Kanadada yaşayan Azərbaycan diasporu və ya Azərbaycana zəng edən hər hansı şəxsə qarşı qərəzli mövqe tutmaqdan tamamilə kənar olduğu qeyd olunub.
 
 
 
SEYMUR
 
 



Baxış sayı: 620

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024