12px13px15px17px
Tarix:03/06/15

“Əşyaların interneti” bazarının həcmi 2020-ci ilədək 1,7 trilyon dollara çatacaq

“IDC” tədqiqat şirkətinin məlumatına görə, 2020-ci ilədək internetə qoşulan qlobal “ağıllı” ev sistemləri bazarının həcmi üç dəfə artaraq 1,7 trilyon dollar təşkil edəcək.
 
Tədqiqatçıların proqnozuna görə, “Əşyaların interneti” bazarının illik artımı 16,9 faizə bərabər olacaq. 2014-cü ildə bazarın həcmi 655,8 milyard dollar olub.
 

Bazarın perspektivləri barədə danışmağa “Samsung” şirkəti tərəfindən ev idarəetmə sistemi texnologiyaları hazırlayan "SmartThings” şirkətinin 200 milyon dollara satın alınması əsas verir. Öz növbəsində “Google” şirkəti “Nest Labs” “ağıllı” termostat və tüstü əleyhinə siqnalizasiya aparatları istehsalçısını 3,2 milyard dollara satın alıb, - “Qazetayazır.
 



Baxış sayı: 583

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024