12px13px15px17px
Tarix:03/06/15

Böyük Adron Kollayderində ikiillik fasilədən sonra sınaqların yeni mərhələsi başlayıb

Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) Böyük Adron Kollayderində (BAK) - dünyanın ən böyük doldurulmuş hissəciklər sürətləndiricisində iki il davam edən fasilədən sonra sınaqların yeni mərhələsinə başlayıb.
 
Elmi tədqiqatlar zamanı protonların toqquşma enerjisi ilk dəfə 13 teraelektronvolta (TeV) çatıb ki, bu da əvvəlki göstəricidən 1,5 dəfə çoxdur.  
 
"Hazırda BAK məlumatları misli görünməmiş yüksək enerjidə almağa hazırdır. 13 TeV ilk üçillik mərhələdən təxminən iki dəfə çoxdur", - "CERN" mütəxəssisləri bildirib.
 
2018-ci ilədək davam edəcək hazırkı - ikinci mərhələ üçün BAK-ın qarşısında duran vəzifələrə sirli tünd materiyanın, antimaddə və kvark-qlüon plazmanın sirlərinin öyrənilməsi daxildir. Sürətləndiricidə tədqiqatın əvvəlki mərhələsində (2011-2012-ci illər) böyük uğur Hiqqs bozonunun aşkarlanması olub. Bu kəşfə görə Belçika alimi Fransua Enqler və Britaniya professoru Piter Hiqqs 2013-cü ildə fizika üzrə Nobel mükafatına layiq görülüb.  
 
Qeyd edək ki, vəzifəsi Hiqqs bozonunun axtarışından ibarət olan Böyük Adron Kollayderi – yüksək enerjili elementar hissəciklərin (sinfinə protonların da aid olduğu adronlar) sürətləndirilməsi, yığılması və toqquşması üçün nəzərdə tutulmuş dünyanın ən iri qurğusudur.        
 
Qurğu Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) rəhbərliyi ilə İsveçrə və Fransa sərhədində (Cenevrə şəhəri) inşa olunub, "TASS" yazır.



Baxış sayı: 608

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024