12px13px15px17px
Tarix:04/06/15

“Android” planşetlər üçün "Viber” messencerində videozəng funksiyası istifadəyə verilib

"Android" mobil əməliyyat sistemi üçün "Viber 5.4" messencerinin yeni versiyası təqdim olunub. "Google" şirkətinə məxsus əməliyyat sisteminin istifadəçiləri bir neçə vacib funksiyanı sınaqdan keçirə bilərlər.

Onlar arasında planşetlərdən videozənglər etmək imkanını, qrup şəklində olan çatlar üçün ikonkanın əlavə olunmasını və bəzi dizayner həllərini qeyd etmək olar. Daha bir vacib məqam isə "Android" üçün "Viber 5.4" əlavəsinin həcminin azalmasındadır.

Belə ki, indi proqram mobil qurğuda az yer tutmağa başlayıb.
 
"Android" üçün "Viber 5.4" əlavəsini "Google Play" mağazasından pulsuz yükləmək olar. Proqramın işi üçün "Android 2.3" əsaslı və ya sistemin daha yeni versiyası ilə işləyən smartfon və ya planşet tələb olunur, - "4PDA" yazır.



Baxış sayı: 863

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024