12px13px15px17px
Tarix:04/06/15

I Avropa Oyunları ilə bağlı olaraq internet təhlükəsizliyi üzrə fəaliyyət gücləndirilib

Ölkədə internet təhlükəsizliyi üzrə həyata keçirilən tədbirlər I Avropa Oyunları ilə əlaqədar olaraq daha da genişləndirilib.
 
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi 100-dən artıq dövlət saytının monitorinqini aparıb. Bir neçə internet saytının təhlükəsizliyi sahəsində boşluqlar aşkar edilərək aidiyyəti qurumlara məlumat göndərilib.
 
“Delta Telekom LTD” MMM isə internet təhlükəsizliyin təmin edilməsi üçün müxtəlif məkanlarda ehtiyatlılığı təmin edib, “DDOS” hücumlardan müdafiə üçün müvafiq avadanlıqlar quraşdırıb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi öz növbəsində internet xidmət provayderləri ilə internetin təhlükəsizliyi üzrə müvafiq iş aparıb, sponsor saytların monitorinqini həyata keçirib.
 
CAHANGİR
 



Baxış sayı: 1040

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024