12px13px15px17px
Tarix:05/06/15

ADİU-nun rektoru: “Elektron sənəd dövriyyəsinin tətbiqi ilə universitetin kargüzarlıq sistemində kağızdan istifadə tamamilə ləğv olunub”

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) elektron sənəd dövriyyəsinin təqdimatı keçirilib. Tədbirə Azərbaycanın İKT sahəsi üzrə ekspertləri və digər ali təhsil müəssisələrinin nümayəndələri qatılıb. 

ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, elektron sənəd dövriyyəsinin tətbiqi ilə universitetin kargüzarlıq sistemində kağızdan istifadə tamamilə ləğv olunub.
 
Ə.Muradov əlavə edib ki, "Doc.net" proqram təminatı əsasında hazırlanan yeni sənəd dövriyyəsi qənaətcillik, çeviklik və şəffaflıq baxımından xeyli faydalıdır. O, digər universitetlərə də elektron sənəd dövriyyəsinin tətbiqi istiqamətində köməklik göstərməyə hazır olduqlarını bildirib. Mərasimdə "Ultra" şirkətinin nümayəndələri ADİU-da tətbiq edilən elektron sənəd dövriyyəsinin fəaliyyət istiqamətləri barədə iştirakçılara geniş məlumat veriblər. Bildiriblər ki, sistem Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"a tam uyğunlaşdırılıb.
 
 
İştirakçılara məlumat verilib ki, sistem üzərindən dünyanın istənilən yerindən sənədə icazə almaq, imzalamaq və ya gözdən keçirmək mümkün olacaq. Qeyd olunub ki, mobil cihazlar vasitəsilə də sistemə qoşularaq bu imkanlardan yararlanmaq olacaq. İnterfeysi Azərbaycan dilində olan proqram təminatının təhlükəsizliyi ən qabaqcıl texnologiyalar əsasında hazırlanıb.
 
 
Təqdimatçılar sistemin hazırlanmasında və istifadəsində "Oracle", DELPHİ və "Java" texnologiyalarından, bulud platformasından, həmçinin "Microsoft", "HP", "Cisco" avadanlıqları, eyni zamanda proqram təminatlarından istifadə edildiyini diqqətə çatdırıblar.
 
Sonda İKT sahəsi üzrə ekspertlər və "Ultra" şirkətinin nümayəndələri tədbir iştirakçılarının suallarını cavablandırıblar. 
 
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 310

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 İyun 2020

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.

02 06 2020

02/06/20
Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək

1,5 illik planlaşdırmadan sonra “FABULOS” şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması

02/06/20
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif

02/06/20
“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla

02/06/20
“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye