12px13px15px17px
Tarix:05/06/15

DGK Asiya və Sakit okean hövzəsi ölkələrinin gömrük xidmətlərində yeni innovasiya texnologiyalarının tətbiqi sahəsində fəal iştirak edir

Dövlət Gömrük Komitəsi (DGK) əldə etdiyi təcrübə və bilikləri qonşu ölkələrlə də paylaşır. Belə ki, Ümumdünya Gömrük Təşkilatının təşəbbüsü əsasında Azərbaycan gömrük xidmətinin əməkdaşları  Asiya  və Sakit okean hövzəsi ölkələrinin gömrük xidmətlərinin müasirləşdirilməsi istiqamətində və yeni innovasiya texnologiyalarının tətbiqi sahəsində fəal iştirak edirlər.

Bu fikri DGK-nın Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev Oman Kral Polisinin Gömrük Departamentinin nümayəndə heyəti ilə keçirilən görüşdə bildirib.
 
Komitədən qeyd edilib ki, İ.Babayev Azərbaycan gömrük sahəsində son illərdə innovasiya texnologiyalarının tətbiqi və gömrük xidmətinin müasirləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb:
 
“Azərbaycan Gömrük Xidməti Qazaxıstan, Özbəkistan, Makedoniya və Ukrayna kimi dövlətlərə gömrük xidmətində informasiya texnologiyalarının tətbiqi məsələlərinin diaqnostikası və gömrük xidmətinin modernizasiyası layihələrinin hazırlanmasında köməklik göstərib”.
 
 
Azərbaycan gömrük xidmətinin informasiya texnologiyalarının tətbiqi sahəsində ciddi uğurlar qazandığını diqqətə çatdıran Oman Kral Polisinin Gömrük Departamentinin baş direktorunun müavini Xəlifə Əlsiyabi Oman bu təcrübənin öyrənilməsində köməklik göstərilməsindən məmnun olacaqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Dövlət Gömrük Komitəsinin Hədəf mərkəzində və Biləsuvar Gömrük İdarəsinin “Qoşatəpə” gömrük keçid məntəqəsində gömrük işinin təşkili və texnologiyaları ilə tanış olublar.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 724

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024