12px13px15px17px
Tarix:05/06/15

Bakıda “IDC” şirkətinin İT təhlükəsizliyi üzrə beynəlxalq konfransı keçirilir

Bu gün Bakıda "IDC İT Security and datacenter transformation roadshow 2015" keçirilir.
 
Tədbir çərçivəsində "Təşkilatların Rəqəmli transformasiyası "PCİ-DSS" bank kartlarının təhlükəsizlik sənayesinin standartlarına uyğunluq yolu", "Kill-Chain" strategiyası - sıfırıncı günün hücumlarının dayandırılması" və s. mövzularda məruzələr təqdim edilib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, informasiya təhlükəsizliyi və data mərkəzlərin transformasiyasına həsr olunmuş tədbir, “IDC” analitik şirkətinin Mərkəzi Asiyada və Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunub.

Konfrans çərçivəsində iştirakçılar qeyd edilən sahələr üçün nəzərdə tutulmuş aparıcı dünya və yerli istehsalçıların məhsulları ilə tanış olub və mütəxəssislərlə onları müzakirə etmək imkanı əldə ediblər.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına əsasən, tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycan gələcək tərəqqisini elmtutumlu texnologiyaların, kosmik sənayenin, nano, bio- texnologiyaların inkişafında görür. "Məhz buna görə də qeyd edilən prioritet sahələrin inkişafı fonunda informasiya təhlükəsizliyi ilə bağlı risklərin qarşısını almaq üçün tədbirlərin görülməsi əsas şərtdir. Bu cür konfransların keçirilməsi də bu istiqamətdə aparılan əhəmiyyətli addımlardan biridir", - deyə nazır müavini qeyd edib.
 

Qeyd edək ki, konfrans bir sıra vacib mövzuları əhatə edib:
  • İnformasiya təhlükəsizliyi sahəsinin tənzimlənməsi. Federal qanunvericilikdə və sahə standartlarında əsas tendensiyalar. İdxalın əvəz edilməsi təcrübəsi.
 
  • İnformasiya təhlükəsizliyi risklərinin idarə edilməsi: GRC konsepsiyası və informasiya risklərinin idarə edilməsi sistemləri (SIEM, SVM, fraud prevention)
 
 
  • İnformasiya təhlükəsizliyinə yönəldilən sərmayələrin effektivliyinin qiymətləndirilməsi
 
  • Məqsədli hücumlara müqavimət. Təcrübədən nümunələr. DooS-hücumlardan
 
mühafizə və kritik vacib İT-sistemlərin fasiləsiz işinin təmin edilməsi
 
  • Daxili təhdidlərin qarşısının alınması: korporativ proqram təminatının
təhlükəsizliyinin təmin edilməsi və məlumat itkisinin qarşısının alınması
 
 
  • Mobil təhlükəsizlik: mobil qurğularda məlumatların mühafizəsinin təmin edilməsi və mobil istifadəçilərin çıxış hüquqlarının idarə edilməsi
 
  • Bulud və virtual infrastrukturların təhlükəsizliyinin təmin edilməsi üzrə müasir həllər
 
Tədbir CISO, CIO, CTO informasiya texnologiyaları və korporativ təhlükəsizlik üzrə rəhbərlər, yerli və xarici ekspertlər üçün nəzərdə tutulub.



Baxış sayı: 893

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024