12px13px15px17px
Tarix:05/06/15

“SpaceX” şirkəti internetin inkişafı üçün peyklərdən istifadə edəcək

Məşhur ABŞ iş adamı Elon Maskın sahibi olduğu “SpaceX” kosmik şirkəti kənd və regionlarda internetə çıxışı təmin edə biləcək kosmik peyklərdən istifadə üçün ABŞ Federal Rabitə Komissiyasına (Federal Communications Commission, FCC) müraciət edib.    
 
Ötən həftə şirkət gələn il ilk iki peykin buraxılışı ilə bağlı planları komissiya ilə razılaşdırıb. Peyklər “MICROSAT 1a” və “MICROSAT 1b” adlanır.  
 
İlkin tədqiqatların nəticələrinə əsaslanan “SpaceX” səkkiz peykin sınaq buraxılışlarını planlaşdırır.  İlk iki peyk genişzolaqlı antena ilə təchiz ediləcək və Yerə internetə qoşulmanı yayımlayacaq.
 
Şirkət ilin əvvəlində "Google” şirkətindən 1 milyard dollar alaraq regional zonalarda internetə çıxış imkanından məhrum olanları çıxışla təmin etmək niyyətindədir.
 
“Google” da peyklərdən internetin regionlara çatdırılması üçün analoji şəkildə istifadəni, eləcə də hər iki peyk və hava şarları ilə əlavə eksperimentlər aparmağı planlaşdırır.
 
E.Maskın sərvətinin dəyəri 9,6 milyard dollar qiymətləndirilir, - "Newsland” yazır.



Baxış sayı: 559

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024