12px13px15px17px
Tarix:05/06/15

I Avropa Oyunları ilə əlaqədar telekommunikasiya xidmətlərinə dair öhdəliklər tam yerinə yetirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Baktelekom” və “Aztelekom” istehsalat birlikləri I Avropa Oyunları ilə bağlı öhdələrinə düşən vəzifələri uğurla həyata keçirib.
 
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən I Avropa Oyunları ilə əlaqədar oyun və təşkilati məkanlara əsas və alternativ istiqamətlərdə 300 km-dən çox optik və 10 km-dən çox mis kabellər çəkilib. Kabellərin parametrləri “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) tələbinə uyğun təmin edilib. Bununla yanaşı, istismar üzrə operativ briqadalar təşkil olunub, obyektlərin və kabellərin mühafizəsi gücləndirilib. BAOƏK-lə yanaşı, güc strukturlarına, mobil operatorlara və AzTV-yə optik liflər ayrılıb.
 
“Aztelekom” İstehsalat Birliyi isə Mingəçevir Kür İdman Mərkəzi və Mingəçevirin Atletlər kəndində əsas və alternativ istiqamətdə optik və mis kabellər istismara verib. Mingəçevir və Bakı arasında 2 alternativ istiqamətdə telekommunikasiya xidmətləri və yayım üçün 10 Gb/s həcmində tutum ayrılıb.
 
CAHANGİR
 



Baxış sayı: 947

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024