12px13px15px17px
Tarix:06/06/15

Dünyada qeydiyyatdan keçən domenlərin sayın 300 milyona yaxınlaşır

“Verisign” şirkəti tərəfindən hazırlanan domen sənayesinin inkişafına dair hesabata (Domain Name Industry Brief) görə, 2014-cü ilin dördüncü rübündə internetə dörd milyon domen adı əlavə olunub. Artım ötən ilin üçüncü rübünə nisbətdə 1,3 faiz təşkil edib.
 
 
Məlumata əsasən, 31 dekabr 2014-cü ilə olan vəziyyətə görə dünyada domenlərin ümumi sayı 288 milyon olub. Dünyada domen adlarının illik artımı 16,9 milyon və ya 6,2 faiz yüksəlib.
 
 
İllik hesablamada yeni domenlərin artımı 2013-cü ildə 18,5 milyon ad və ya 7,3 faiz, 2012-ci ildə 26,6 milyon və ya 11,8 faiz yüksəlib. 2014-cü ilin dördüncü rübündə “.COM” və “.NET” qeydiyyatçılarının ümumi bazası 130,6 milyon domen adı təşkil edib (115,6 milyon .COM və 15 milyon .NET). İl ərzində artım 2,7 faizə (8,2 milyon yeni domen) bərabər olub. Analoji artım 2013-cü ildə də müşahidə olunub, lakin 2012-2011-ci illərdə müvafiq olaraq 8 və 7,9 milyon təşkil edib. Qeydiyyata alınan adların sayına görə ən böyük domen zonalarının vəziyyəti üçüncü rüblə müqayisədə cüzi dəyişib. Belə ki, “.NL” (Niderland) domeni “.info” domeninin ən böyük domenlərin aşağı pilləsinə enməsi nəticəsində onuncu yerdən doqquzuncuya düşüb.  
 
 
Yüksək səviyyəli 10 ən böyük domenlərdən (TLD) ".TK” (Tokelau) yüksək artım nümayiş etdirib (rüblük hesablamada 4 faiz). Yüksək səviyyəli ən böyük domenlərin bütün qeydiyyatdan keçmiş domenlərdə payı 67,2 faiz təşkil edir. 2014-cü ilin dördüncü rübünün sonunda özək zonasında 478 yeni domen qeydiyyatdan keçib ki, bunun da 65-i həmin ilin dördüncü rübündə verilib. Yeni yüksək səviyyəli domenlərdə qeydiyyatın sayı 3,6 milyon və ya ümumi qeydiyyat sayının 2,3 faizini təşkil edib, - "IT Expert”  yazır.



Baxış sayı: 561

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024