12px13px15px17px
Tarix:09/06/15

İranın vitse-prezidenti Azərbaycan Pavilyonu ilə tanış olub (FOTOLAR)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatı rəhbərinin başçılığı ilə Azərbaycanın rabitə və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən 10-dək şirkət nümayəndələrinin daxil olduğu heyət cari ilin 9-12 iyun tarixlərində İran İslam Respublikasının Tehran şəhərində keçirilən "Inotex 2015" beynəlxalq yüksək texnologiyalar sərgisində iştirak edir.

 







Sərgi kompleksində Azərbaycan Pavilyonu üçün ayrılmış sahədə nümayəndə heyəti üzvləri öz məhsul və xidmətləri ilə sərgi iştirakçılarını tanış edəcək, sərgidə iştirak edən İran və digər ölkə şirkətləri ilə əməkdaşlıq imkanlarını dəyərləndirəcəklər.

 

Azərbaycan Pavilyonunda "Sinam" MMC, "Cybernet",  "Baktelekom"  şirkətlərinin məhsulları, "Azərkosmos" ASC-nin göstərdiyi xidmətlər, "Yüksək Texnologiyalar Parkı" MMC-nin və  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, habelə Teleradio İB-nin həyata keçirdiyi layihələr, o cümlədən ölkəmizin təşəbbüskarı olduğu beynəlxalq əhəmiyyət daşıyan TASİM layihəsi haqqında məlumat və təqdimatlar keçiriləcək.

 

Sərginin ilk günü olmasına baxmayaraq, iştirakçıların Azərbaycan Pavilyonuna hədsiz marağı hiss olunur. Açılış mərasimində iştirak edən İran İslam Respublikasının vitse-prezidenti, Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Məsud Soltanifər Azərbaycan Pavilyonuna baş çəkib. Nümayəndə heyətimizin rəhbəri Vidadi Zeynalov vitse-prezidentə Azərbaycan İKT sektorunda həyata keçirilən işlər və sərgidə təqdim olunan xidmət və məhsullar barədə ətraflı məlumat verib. Məsud Soltanifərə  hədiyyə edilən Azərbaycanın yerli istehsalı "Azpad" planşeti də maraqla qarşılanıb.




İranın elm və texnologiyalar naziri Məhəmməd Fərhadinin iştirakı ilə keçirilən tədbirin açılış mərasimində və sərgidə dünyanın 100-dən çox müxtəlif dövlətindən yüksək texnologiyalar sahəsində son nailiyyətlər əldə etmiş təsisatlar iştirak edir.








Nümayəndə heyəti həmçinin səfər çərçivəsində İranın elm və texnologiyalar üzrə vitse-prezidentin rəhbərliyi altında fəaliyyət göstərən "Pardis" Yüksək Texnologiyalar Parkını ziyarət edib. Bu ziyarət zamanı parkın fəaliyyəti ilə tanış olub, park rəhbərliyi ilə ikitərəfli görüş və müzakirələr aparılıb. Eyni zamanda, iki ölkənin müvafiq təsisatları arasında əməkdaşlıq perspektivləri dəyərləndirilib.
 
Səfər çərçivəsində nümayəndə heyəti ölkəmizin İran İslam Respublikasındakı Səfirliyində görüş keçirib, iki ölkə arasında mövcud münasibətlər və hər iki ölkədə keçirilən beynəlxalq tədbirlərdə qarşılıqlı iştirak haqqında fikir mübadiləsi aparılıb.



Baxış sayı: 899

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






10 Dekabr 2019

10/12/19
“Xiaomi” şirkəti qabaqcıl qurğulara rəqib yeni ucuz smartfonunu təqdim edib

“Xiaomi”nin törəmə brendi olan “Redmi” Çində keçirilmiş tədbirdə “Redmi K30” smartfonunu

10/12/19
Dünyanın ən güclü smartfonlarının reytinqi yenilənib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirən populyar “AnTuTu” xidməti yeni reytinqini dərc edib. Mütə

10/12/19
“Airbus” şirkəti “Vahana” uçan taksisi üzərində sınaqları başa çatdırıb

“Airbus” konserni elektrik enerjisi ilə işləyən “Vahana” uçan taksisinin uçuş sınaqlarını başa çatd

10/12/19
Yeni “iPhone” smartfonlarının avtonom işləmə müddəti artacaq

“Apple” korporasiyasının yeni nəsil smartfonlarına daha tutumlu akkumulyatorlar quraşdırılacaq ki, nəticə

10/12/19
Çinin dövlət müəssisələrində xarici proqram təminatından istifadə qadağan edilib

Çin hökuməti dövlət və ictimai müəssisələrdə xarici istehsallı aparat və proqram təminatından 

10/12/19
“Huawei” öz əməliyyat sisteminin təqdimetmə tarixini açıqlayıb

“Huawei” şirkətinin nümayəndəsi “Android” sisteminin əvəzetməsi kimi hazırlanan “HarmonyOS”

10/12/19
“Panasonic” Çində son 16 ildə ilk yeni zavod tikəcək

“Panasonic” şirkəti Çində son 16 ildə istehlak elektronikasının buraxılışı üzrə yeni zavod inşa edəcək.

10/12/19
Milyonlarla istifadəçi “WhatsApp” messencerinə girişdən məhrum olacaq

“WhatsApp” messenceri “Windows Phone” əməliyyat sistemi, “Android” və “iOS” platformalarının

10/12/19
İnternet fırıldaqçılarının sayı artıb

“Kasperski laboratoriyası” şirkəti internetdə fırıldaqçıların fəallığının artmasını əks etdirən tədqiqatı

10/12/19
“Windows 10 Mobile” sistemi üçün “Office” paketinin dəstəklənməsi dayandırılacaq

“Microsoft” korporasiyası tezliklə “Windows 10 Mobile” əməliyyat sistemi üçün “Office” əlav

09 12 2019

09/12/19
Beynəlxalq Kosmik Stansiyada robotlar üçün saxlanc yeri quraşdırılacaq

ABŞ Kosmik Agentliyi (NASA) Beynəlxalq Kosmik Stansiyanın kənar səthində avtomatik cihazların saxlanılmas

09/12/19
“Apple” şirkəti 2020-ci ildə beş yeni “iPhone” modeli təqdim edə bilər

“Apple” korporasiyası gələn il eyni vaxtda beş yeni nəsil “iPhone” modelini təqdim edə bilər. Bu haqda

09/12/19
“Sharp” şirkəti dünyada 240 hers ekran yenilənmə tezliyinə malik ilk smartfon təqdim edib

“Sharp” şirkəti dünyada 240 hers ekran yenilənmə tezliyinə malik ilk smartfon təqdim edib.

09/12/19
Ağacdan fiber-optik kabel hazırlanıb

İnformasiyanın sürətli ötürülməsi məqsədilə istifadə olunan müasir metal fiber-optik kabellər şüşə və

09/12/19
Düyməli mobil telefonlardan smartfonlara keçid kəllə-beyin travmalarının sayını artırıb

Smartfonların gündəlik həyata daxil olmağa başladığı 2000-ci ilin sonlarından mobil telefonlardan istifad

09/12/19
Çinin nəhəng radio teleskopu yerdən kənar həyatın axtarışlarına başlayıb

Çinin Quancjou əyalətində quraşdırılmış 500 metrlik “FAST” (Five hundred meter Aperture Spherical

09/12/19
“Bakutel 2019” sərgisində rekord izləyici: 25 minə yaxın insan sərgini ziyarət etdi

“Bakutel 2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar

09/12/19
Alimlər ən uzun və mürəkkəb şifrləmə açarına müdaxilə etməyə nail olublar

Fransalı alimlər ən mürəkkəb şifrləmə açarına müdaxilə ediblər. Bundan ötrü onlar dünyada eyni 

09/12/19
Avropa İttifaqında “Libra” kriptovalyutasından istifadə qadağan edilib

Avropa İttifaqının maliyyə nazirləri dekabrın 5-də keçirilən görüşün yekunu olaraq özəl kriptovalyutaların

09/12/19
“Microsoft” 5 milyard dollarlıq saziş imzalayıb

“Microsoft” korporasiyası dünyanın ən böyük auditor şirkəti “KPMG” ilə əməkdaşlığa başlayıb. Auditor şirk

09/12/19
“WhatsApp” messencerinə yeni funksiya əlavə edilib

“WhatsApp” messencerinin proqramçıları “Any.do” xidməti ilə birgə messencerə yeni funksiya əlavə ediblər