12px13px15px17px
Tarix:10/06/15

“Trustwave”: “Təşkilatlara kiberhücum faktını aşkar etmək üçün 86 gün tələb olunur”

“Trustwave” şirkəti tərəfindən təqdim edilən “Global Security Report 2015” təhlükəsizlik hesabatına görə, müxtəlif şirkətlərin mütəxəssislərinə kiberhücumun nəticələrini tam aradan qaldırmaq üçün 100 gündən çox vaxt lazımdır.

Qeyd edək ki, hesabat hazırlanarkən şirkətin informasiya təhlükəsizliyi ekspertləri tərəfindən dünyanın 15 ölkəsində baş verən 574 kiberhücum hadisəsi təhlil edilib.  
 
Onlar müəyyənləşdiriblər ki, şirkətlərin 81 faizi kiberhücum faktını müstəqil şəkildə aşkar edə bilməyib. Təşkilatlara qanunsuz müdaxiləni aşkar etmək üçün orta hesabla 86 gün, müdaxilənin aşkar olunmasından onun tam aradan qaldırılmasınadək isə 111 gün tələb olunub. 
 
“Trustwave” mütəxəssisləri hesab  edir ki, bu, pis göstəricidir. Çünki cinayətkarlar bu müddət ərzində şirkətlərə xeyli maddi ziyan vura bilər. Bundan başqa, şirkət mütəxəssisləri əlavə edib ki, əməkdaşlar arasında ən çox yayılmış parol “Password1” olaraq qalır.
 
Şirkətlər tərəfindən istifadə olunan vacib informasiyanın olduğu mobil əlavələr üzrə də monitorinq aparılıb və müəyyən edilib ki, onların 95 faizində boşluqlar var.
 
Şirkət təşkilatlara potensial kibertəhdidlərin auditi ilə müstəqil məşğul olmağa və ya təhlükəsizlik sistemlərinin yaxşılaşdırılması üzərində işləyəcək informasiya təhlükəsizliyi şirkətləri ilə sıx əməkdaşlıq etməyə çağırır, - "SecurityLab yazır.
 



Baxış sayı: 1370

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024