12px13px15px17px
Tarix:12/09/11

Azərbaycan Rabitə Administrasiyasının nümayəndəsi RRB-nin Poçt Komissiyasının sədri seçilib

Xəbər verdiyimiz kimi, Ukraynanın paytaxtı Kiyev şəhərində Regional Rabitə Birliyinin(RRB) Poçt Rabitəsi üzrə Komissiyasının və ÜPİ-nin Regional konfransı keçirilmişdir.

Konfransda ölkəmizi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) poçt sektorunun müdiri Novruz Məmmədov və “Azərpoçt” MMC-nin baş direktor müavini Sübhan Kazımov təmsil etmişdir.

Xüsusi əhəmiyyət kəsb edən toplantıda N.Məmmədov “Azərbaycanda Maliyyə xidmətlərinin inkişafı layihəsi” və S.Kazımov “Azərbaycanda kompleks poçt islahatları və inkişaf planı” mövzusunda çıxış etmişlər.

Toplantıda RRB-nin Poçt Komissiyasının, həmçinin, Poçt operatorları şurasına rəhbərliyə seçkilərlə bağlı müzakirələr keçirilmişdir.

Ümumi səsvermə nəticəsində RİTN-in poçt sektorunun müdiri rusiyalı həmkarını geridə qoyaraq böyük səs çoxluğu ilə növbəti 4 il üçün RRB-nin Poçt Komissiyasının sədri seçilmişdir.

Qeyd edək ki, Azərbaycanın müstəqillik əldə etdiyi 20 il ərzində ilk dəfədir ki, ölkəmiz RRB kimi mötəbər qurumun Poçt Komissiyasına rəhbərlik edəcək.



Baxış sayı: 1267

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Sentyabr 2019

21 09 2019

21/09/19
Avtonom avtomobillər insan dərisinə reaksiya verəcək

“Dibotics” şirkətinə məxsus “Outsight” startapı uzaq obyektlərin kimyəvi tərkibini 

21/09/19
Parisdə elektrik su taksisinin sınaqları keçirilir

İsveçin “Seabubbles” şirkəti Parisin nəqliyyatla çox yüklənən prefekturasında yeni elektrik su taksisinin sınaqlarını&a

21/09/19
“Huawei Vision” televizoru süni intellektlə təchiz edilib

“Huawei” şirkəti Münhendə keçirilən tədbirdə “Huawei Vision” televizorunu təqdim edib