12px13px15px17px
Tarix:11/06/15

Avropa Komissiyası “Amazon” şirkəti ilə bağlı antiinhisar araşdırmasına başlayıb

Avropa Komissiyası “Amazon” internet mağazası ilə bağlı antiinhisar araşdırmasına başlayıb. Bu barədə komissiyanın məlumatında deyilir.
 
“Avropa Komissiyası “Amazon”a qarşı rəsmi antiinhisar araşdırması açıb. Məsələn, komissiya şirkətin digər internet mağazalarının rəqabət qabiliyyətinə mane ola biləcək nəşriyyatçılarla müqaviləsinə daxil edilən müəyyən bəndləri təhqiq edəcək”, - məlumatda bildirilir.
 
Avropa Komissiyası “Amazon” internet mağazasını Lüksemburqda qeyri-qanuni maliyyə yardımı almaqda şübhəli bilir. Bu barədə “The Wall Street Journal” nəşri komissiyanın sənədlərinə istinadən məlumat verib.
 
Sənədə əsasən, komissiya Lüksemburq tərəfindən “Amazon” şirkətinə edilən vergi güzəştlərinin Avropa İttifaqı (Aİ) qanunvericiliyini pozması ilə bağlı ilkin qərar çıxarıb.
 
Vergi qanunlarının pozulması ilə bağlı iş Aİ-nin antiinhisar tənzimləyici orqanının “Amazon”un törəmə “Amazon EU Sarl” şirkətini transfert qiymətqoyma vasitəsilə vergilər ödəməkdə şübhəli bildiyi 2003-cü ildə başlayıb. O zaman “Amazon” və Lüksemburq Maliyyə Nazirliyi onlayn pərakəndə satış mağazasına xüsusi vergi rejiminin verilməsini inkar edib.
 
Araşdırmaların nəticələri ilə bağlı komissiya Lüksemburqdan “Amazon”dan ödənilməyən vergi məbləğinin hamısının tutulmasını tələb edə bilər.
 
Aİ həmçinin “Apple”, “Starbucks” və “Fiat” şirkətləri ilə bağlı vergi araşdırmaları aparır. Araşdırmaların aparılması üçün əsas şirkətlərə müvafiq olaraq İrlandiya, Niderland, Lüksemburq tərəfindən böyük vergi güzəştlərinin edilməsidir.
 
Məlumat üçün bildirək ki, dünyanın nəhəng onlayn pərakəndə satış şirkəti olan “Amazon” ABŞ-dan kənarda – Braziliya, Kanada, Böyük Britaniya, Almaniya, Yaponiya və s. ölkələrdə filiallara malikdir, eləcə də 61 ölkəyə mallar çatdırır, - “TASS” yazır.



Baxış sayı: 485

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024