12px13px15px17px
Tarix:12/06/15

Mobil nömrələrin satışı ilə bağlı yeni qərarın hansı üstünlükləri var?

Məlum olduğu kimi, Azərbaycan Nazirlər Kabineti “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı  tələb olunan şərtlərin təsdiq edilməsi haqqında qərarında dəyişikliklər edib. Yeni qərar əsasında telefon nömrələrinin (sim kartların) satış qaydalarında mühüm dəyişiklik edilir.
 
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) qərarın üstünlüklərini açıqlayıb.
 
 
Birinci əsas üstünlük ondan ibarətdir ki, abunəçi barədə məlumatlar  subyekt barədə ilkin mənbədən  formalaşdırılmaqla  dəqiq şəkildə mərkəzi bazaya daxil edildikdən sonra nömrə aktivləşdiriləcək. Bununla da sahibi bəlli olmayan nömrələrdən danışıqların aparılması və ya başqa mobil xidmətlərdən istifadə edilməsi mümkün olmayacaq.
 
 
İkincisi, sənədləşmə bu qərara uyğun olaraq portal üzərindən verilən xüsusi servis vasitəsilə aparıldıqdan sonra bəzi hallarda abunəçilərin soyad və adlarında, ünvanlarda və s. problem yaradan səhvlərin qarşısı birmənalı şəkildə alınacaq və qeyd edilən məsələlərin həlli mümkün olacaq.  Vaxtı keçmiş, itirilmiş, oğurlanmış, saxta sənədlərlə telefon nömrələrinin satışı qeyri-mümkün olacaq.
 
 
Ücüncüsü, bir abunəçi başqa abunəçinin  adına sim kart ala bilməyəcək və yalnız öz adına olan nömrədən istifadə edə biləcək. Bununla da portal tərəfindən vətəndaşlara müxtəlif bildirişlərin (kommunal borclar, rabitə borcları, cərimələr, məhkəmə və s.) göndərilməsi imkanı yaranacaq.
 
 
Yeni qərar “Elektron hökumət” quruculuğuna və  e-xidmətlərə də müsbət təsir göstərəcək. Belə ki, mobil operatorların abunəçi bazalarında olan səhvlər və FİN-ə uyğunlaşma olmaması bir çox e-xidmətlərin hazırlanmasına maneçilik yaradırdı.
 
 
CAHANGİR
 



Baxış sayı: 626

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 İyul 2019

15 07 2019

15/07/19
“Microsoft” qeyri-aktiv hesabları ləğv edəcək

“Microsoft” korporasiyası qeyri-aktiv hesabları ləğv etməyə başlayacaq. Bu barədə ABŞ korporasiyasının rəsmi saytında deyilir.

15/07/19
Fərdi kompüterlərin qlobal tədarükü 5 faiz artıb

Cari ilin ikinci rübündə dünyada ənənəvi fərdi kompüterlərin tədarük həcmi 4,7 faiz artaraq 64,9 milyon ədədə çat

15/07/19
“Microsoft Word” proqramının “Android” üçün tətbiqi 1 milyard dəfə quraşdırılıb

“Microsoft” korporasiyası bu yaxınlarda öz mobil proqramlarının irəliləyişində 

15/07/19
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti 

15/07/19
“WhatsApp” göndərilmiş şəkli redaktə edəcək

“WhatsApp” messencerinin istifadəçiləri göndərilmiş şəkilləri redaktə edə biləcəklər

15/07/19
“Xiaomi” şirkəti Avropada yeni elmi tədqiqat mərkəzi açır

Çinin “Xiaomi” şirkəti Avropa ərazisində yeni elmi tədqiqat və təcrübi-konstruktor mərkəzi yaradacaq

15/07/19
İlk kompüter parolunun ixtiraçısı vəfat edib

Kompüter üçün ilk məşhur parolun ixtiraçısı hesab edilən Fernando Korbato 93 yaşında dünyasını dəyişib

15/07/19
“Google” istifadəçilərin səsli komandalarına qulaq asıldığını etiraf edib

“Google” korporasiyasının mütəxəssisləri istifadəçilər tərəfindən mobil qurğularda səsli köməkçiyə verilən komanda