12px13px15px17px
Tarix:12/06/15

Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri ilə birgə regionda elektron elmin inkişafına öz töhfəsini verir

Şərq Tərəfdaşlığı ölkələrində elm sahəsində əməkdaşlığın inkişafı üçün yüksəksürətli internet şəbəkəsi yaradılır. Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələrini elektron elm müstəvisində birləşdirən “EaPConnect” layihəsini maliyyələşdirir.
 
Avropa Komissiyası 11 iyun 2015-ci il tarixdə Lüksemburqda Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin əlaqələrinin genişləndirilməsi məqsədilə GEANT təşkilatı ilə müqavilə imzalayıb. Layihənin tərəfdaşlarından biri olan AMEA İnformasiya Texnologiyaları İnstitutu (İTİ) Azərbaycanı təmsil edir. Tədbirdə AMEA-nın akademik-katibi, AMEA İTİ-nin direktoru, akademik Rasim Əliquliyev də iştirak edib.


Layihənin əsas məqsədi ŞT-yə üzv ölkələr arasında elm və təhsil sahələrində yüksəksürətli regional internet şəbəkəsinin yaradılmasıdır. Şəbəkə ŞT ölkələrinin Milli Elm və Təhsil Şəbəkələrini (METŞ) birləşdirərək onları Avropanın GEANT şəbəkəsinə inteqrasiya edəcəkdir.


Regionun 700-dən çox müəssisəsindən 2 milyon tədqiqatçı, alim və tələbənin bu şəbəkədən yararlanacağı gözlənilir. Yüksəksürətli genişzolaqlı şəbəkə elmi bazalara çıxış və böyük həcmli, etibarlı informasiya mübadiləsini təmin edərək beynəlxalq elmi əməkdaşlığa təkan verəcək. Bundan əlavə, “EaPConnect” layihəsi tələbə və tədqiqatçılar üçün Eduroam imkanlarını daha da genişləndirəcək.


“EaPConnect” layihəsi Şərqi Avropa və Cənubi Qafqazda regional elm və təhsil şəbəkəsinin yaradılması üçün hazırlanmışdır. Layihə 6 ŞT ölkəsinin milli elm və təhsil şəbəkələrini birləşdirərək onları Avropanın GEANT şəbəkəsinə inteqrasiya etdirmək məqsədi daşıyır. “EaPConnect” layihəsinin ümumi məqsədi rəqəmsal fərqin azaldılması, region daxilində qarşılıqlı əlaqələrin yaxşılaşdırılması və yerli alim, tələbə və tədqiqatçıların qlobal tədqiqat və təhsil əməkdaşlığında iştirakının asanlaşdırılmasına imkan yaratmaqdır.


2013-cü il tarixində ŞT çərçivəsində keçirilmiş Vilnüs sammitində Avropa İttifaqına (Aİ) üzv dövlətlər, o cümlədən 6 ŞT ölkəsinin rəhbərləri tərəfindən Ümumi Bilik və İnnovasiya Mühitinin yaradılması qərara alınmışdır. Mayın 22-də Riqada keçirilmiş son sammitdə dövlət başçıları rəqəmsal iqtisadiyyatı Aİ və tərəfdaşları üçün hələ istifadə olunmamış potensial sahə kimi tanımışdır. “EaPConnect” layihəsi bu çərçivədə elm və təhsil ictimaiyyətinə yeni imkanlar təqdim edəcək.


“EaPConnect” layihəsinin 5 il davam etməsi və 6 tərəfdaş ölkədə mövcud olan METŞ-ləri ilə birgə GEANT şəbəkə təşkilatı tərəfindən idarə olunması nəzərdə tutulur. Layihə xərclərinin 95 faizini Avropa Komissiyası təmin edir. Digər 5 faizi isə ŞT ölkələri tərəfindən qarşılanacaq.


GEANT Avropanın iqtisadi inkişaf və rəqabətliliyini artıraraq elm və təhsil naminə şəbəkə, elektron  infrastruktur və xidmətlər üzrə Avropanın aparıcı təşkilatıdır. GEANT Avropa, Aralıq dənizi, Afrika, Mərkəzi Asiya və Şərq Tərəfdaşlığı ölkələrinə xidmət edən elm və təhsil şəbəkə layihələrinin yaradılması və idarə olunmasında aparıcı rol oynayır.


Qeyd edək ki, Azərbaycan Şərq Tərəfdaşlığı təşəbbüsünə qoşularaq Avropa ilə əməkdaşlıq sahəsində yeni mərhələyə qədəm qoymuşdur. Bu əməkdaşlıq bütün istiqamətlər üzrə, o cümlədən informasiya cəmiyyəti və elektron elm quruculuğu sahəsində də böyük əhəmiyyət kəsb edir.


AMEA İnformasiya Texnologiyaları İnstitutu GEANT Assosiasiyası ilə sıx əməkdaşlıq edərək Azərbaycanın milli elm və təhsil şəbəkəsi olan “AzScienceNet”in sürətli inkişafına nail olmuşdur. Hazırda “AzScienceNet” elektron infrastrukturu üzərindən qabaqcıl şəbəkə texnologiyaları və xidmətləri AMEA-nın elmi müəssisə və təşkilatlarının bütün əməkdaşlarına təqdim edilir.


Azərbaycanın müvafiq dövlət qurumlarının (AMEA, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi) rəsmi dəstəyi ilə GEANT Assosiasiyasında və onun tərəfdaş olduğu layihələrdə ölkəmizi AMEA İnformasiya Texnologiyaları İnstitutu təmsil edir.
 



Baxış sayı: 648

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2019

26/04/19
Yeni “Turksat” peyklərinin hazırlanması üçün kredit ayrılıb

Böyük Britaniyanın “U.K. Export Finance” təşkilatı “Turksat-5A” və “Turksat-5B” peyklərinin hazırl

26/04/19
Azərbaycanda qadınların İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər keçiriləcək

UNESCO-nun və  Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 

26/04/19
“iPhone XR” ABŞ-da ən populyar smartfondur

ABŞ-ın istehlak bazarında araşdırmalar aparan “CIRP” şirkəti müvafiq informasiyanı paylaşıb.

26/04/19
Alış-veriş üçün araba avtomatik tormozlama sistemi ilə təchiz edilib

“Ford” şirkəti supermarket üçün avtomatik tormozlama sistemi ilə təchiz olunan arabanın prototipini 

26/04/19
“Nokia 8110 4G” telefonunda artıq “WhatsApp” messenceri əlçatandır

Sonuncu yeniləmədən sonra “Nokia” şirkətinin yeni düyməli telefonunda ən populyar messencer əlçatan olub.

26/04/19
“Apple” sağlamlıq üçün təhlükəli adapterləri geri çağırır

“Apple” şirkəti toxunuş zamanı elektrik cərəyanı ilə vurmaya səbəb olacaq adapterləri geri çağırır. İnd

26/04/19
Yeni batareyalar pilotsuz təyyarələrə illərlə uçmağa imkan verəcək

Kaliforniyada fəaliyyət göstərən “Alta Devices” startapı son dərəcə yüksək effektivliyə malik yeni “Any

26/04/19
Fikri səsə çevirən implant yaradılıb

Kaliforniya Universitetinin nevroloqları beyin siqnallarını dekodlaşdıran və onları sintezlənmiş nitqə

25 04 2019

25/04/19
Ümumdünya Səhiyyə Təşkilatı 5 yaşadək uşaqlar üçün cihazların təhlükəsi haqqında xəbərdarlıq edib

Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri cihazların uşaqların sağlamlığına təsirini araşdırıblar və u

25/04/19
Süni intellekt xəstəliyi səs ilə müəyyənləşdirəcək

ABŞ alimlər qrupu hərbi əməliyyatlarda iştirak etmiş veteranların posttravmatik stress pozuntusunun (PTS

25/04/19
Azərbaycanda "İKT-də qızlar" günü

Bütün dünya ictimaiyyəti kimi Azərbaycanda da aprelin sonuncu həftəsinin dördüncü günü "İKT-də qızl

25/04/19
2019-cu ildə biznesin rəqəmli transformasiyasına təxminən 1,2 milyard dollar xərclənəcək

“IDC”-nin qiymətləndirməsinə görə, 2019-cu ildə müəssisə və təşkilatlar tərəfindən biznesin rəqəmli tra

25/04/19
Prezident İlham Əliyev “Huawei” şirkətinin sədri ilə görüşüb

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində “Huawei” şirkətinin sədri Lian

25/04/19
“OnePlus” smartfonlarının təqdimat tarixi açıqlanıb

“OnePlus” şirkəti yeni qabaqcıl “OnePlus 7” smartfonlarını mayın 14-də rəsmən təqdim etməyi planlaşdırı

25/04/19
“Formula 1” Azərbaycan Qran Prisinə həsr olunmuş poçt markası buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC

25/04/19
Çin yaxın 10 ildə Aya insan göndərməyi planlaşdırır

Çin Ayın cənub qütbündə elmi-tədqiqat stansiyası inşa etməyi və təxminən 10 il sonra idarə olunan Ay mi

25/04/19
“LG” şirkəti Cənubi Koreyada smartfon istehsalını dayandıracaq

“LG Electronics” şirkəti Cənubi Koreyada smartfon istehsalını dayandırmaq niyyətindədir.