12px13px15px17px
Tarix:13/06/15

“J’son & Partners”: “İnternet messencerləri mobil rabitə operatorlarının gəlirlərini azaltmaqda davam edir”

“J’son & Partners Consulting” analitik şirkətinin qənaətinə görə, rabitə sahəsi texnoloji, təşkilati və biznes transformasiyası astanasındadır. Bunun nəticəsi onların effektivliyinin və kapitallaşmasının köklü şəkildə artması ola bilər. “J’son & Partners” analitikləri transformasiyanın əsas amillərinə bir neçə hesabat həsr ediblər. 
 
Dünya mobil rabitə operatorlarının 2014-cü ildə “OTT” kommunikasiya servislərindən itkiləri 14 milyard dollar qiymətləndirilir. Mobil və stasionar operatorların 2012-2020-ci illərdə təkcə VoIP-servislərdən ümumi itkilərinin 479 milyard dollar və ya qlobal səsli servislər bazarının 6,9 faizini təşkil edəcəyi bildirilir.
 
Dünyada messencerlərin populyarlığı durmadan artır. “WhatsApp” və “Facebook Messenger” ikisi birlikdə 1,3 milyard, Çinin “QQ Mobile” və “WeChat” messencerləri 1 milyarddan çox istifadəçiyə xidmət göstərir.
 
“WhatsApp” sürətli məlumat mübadiləsi servisi dünyada ən populyar messencerlərdən biridir. 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılan servisdən 100-dən çox ölkədə istifadə edilir. Əlavə “iOS”, “Android”, “BlackBerry”, “Nokia S40”, “Symbian” və “Windows Phone” mobil əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğularda quraşdırılır. Messencerdən ayda 400 milyon nəfər istifadə edir, - “Computerworld” yazır.



Baxış sayı: 595

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024