12px13px15px17px
Tarix:13/06/15

“Motorola Solutions” Azərbaycan bazarına yeni məhsullarını təqdim edəcək


"Motorola Solutions" şirkətinin Azərbaycan radiorabitə avadanlığı bazarında payı 50 faizdən çoxdur.
 
Şirkətin region üzrə rəhbərinin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, Azərbaycanda təhlükəsizlik xidmətləri və dövlət qurumları tərəfindən "Motorola Solutions" şirkətinin ən müasir avadanlıqları istifadə edilir.
 
"Digər ölkələrdə olduğu kimi, burada da "Motorola"nın əməkdaşlıq portfoliosunun 50-60 faizi dövlət qurumlarının payına düşür. Azərbaycanda təhlükəsizliyin təmin edilməsinə yüksək diqqət yetirilir və ictimai təhlükəsizlik xidmətləri ilə yanaşı, bizim qurğular və sistemlər təcili yardım, yanğınsöndürmə, polis sistemində istifadə edilir. Neft-qaz və nəqliyyat sahəsində də şirkətimizin  məhsullarından geniş istifadə olunur", - deyə o qeyd edib.
 
Azərbaycanda keçirilən birinci Avropa Oyunlarının radiokommunikasiyalar ilə təchiz edilməsində "Motorola Solutions"un ən son nəsil müasir avadanlıqları istifadə edilir və yaxın zamanda şirkət yerli bazara daha yeni məsullarını təqdim etmək niyyətindədir.
 
Aynur Vəliyeva



Baxış sayı: 1346

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024