12px13px15px17px
Tarix:12/09/11

2011-ci ildə bazarda 51,9 milyon internet planşet satılacaq

“JP Mogran Chase” investisiya bankının hesabatına əsasən, “Apple iPad” internet planşetinin yüksək satışları hesabına cari ildə planşetlərin ümumi bazarı yüksək nəticəyə nail olacaq.

“JP Morgan” analitiki Mark Moskovis bildirib ki, onların hesablamalarına əsasən, hal-hazırda “Apple” şirkətinin payına belə qurğular bazarının təxminən 70.9%-i düşür.

Həmçinin, bank məlumatlarında qeyd olunub ki, şirkət planşetlərin satışlarını 46.1 milyondan 51.9 milyon qurğuya kimi artırmağı proqnozlaşdırır.

İnvestisiya bankının hesabatında qeyd olunub ki, “Apple” şirkəti yaxın bir neçə ildə planşet bazarında liderliyini saxlayacaq.



Baxış sayı: 1055

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020