12px13px15px17px
Tarix:16/06/15

Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi öz elektron xidmətlərini "Elektron hökumət" portalına inteqrasiya edəcək

11 iyun tarixində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin nümayəndələri və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin rəhbərliyi ilə birgə görüş keçirilib. Görüşün mövzusu Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarına əsasən təsdiq edilmiş elektron xidmətlər siyahısı üzrə  "Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu" xidmətinin elektronlaşdırılması və portal üzərindən "bir pəncərə" prinsipinə uyğun olaraq vətəndaşlara təqdim edilməsi olub.
 
Hər iki qurum arasında öncə müvafiq xidmətin məqsədəuyğun təşkili üzrə müzakirələr aparıldı. Portal üzərindən təqdim olunacaq xidmətin asanlığı və səmərəliliyi, həmçinin, virtual olaraq vətəndaşlara göstəriləcək xidmətin məzmunu və keyfiyyəti haqda məlumat verilib.
 
Daha sonra, "Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu"  xidmətinin elektronlaşdırılması üçün mövcud texniki imkanlar barədə diskussiya aparılıb. Sözügedən xidmətin NK tərəfindən təsdiq olunmuş müvafiq texniki qaydalara uyğun hazırlanması üçün zəruri informasiya və portala qoşulma sxemi qurum nümayəndələrinə təqdim edilib.
 
Görüş çərçivəsində Məlumat Hesablama Mərkəzi bu istiqamətdə lazımi dəstəyin təmin olunacağını qeyd edib.
 



Baxış sayı: 584

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024