12px13px15px17px
Tarix:16/06/15

Azərbaycanda İKT tullantıları təkrar emala yönləndiriləcək

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) digər tullantılarla yanaşı, informasiya-kommunikasiya texnologiyalarını və yararsız elektron tullantıların çeşidlənməsini həyata keçirməyə başlayıb.
 
Bu barədə “ICTnews.az”a  “Təmiz Şəhər” ASC-nin mətbuat katibliyindən məlumat verilib.
 
ASC-nin mətbuat katibi Vüqar Babayev bildirib ki, sözügedən cəmiyyət elektrik və elektron tullantıların təkrar emalı ilə bağlı müəssisənin Balaxanı Sənaye Parkında qurulması üzrə artıq potensial rezidentlərlə müzakirələr aparılır. Onun sözlərinə görə, hazırda “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yararsız elektron və elektrik tullantıların qəbuluna da başlayıb. Bunun da əsas məqsədi təkrar emal fəaliyyəti üçün xammal toplamaqdır.
 
Mətbuat katibi qeyd edib ki, toplanmış tullantılar təkrar emal ediləcək və onların tərkibində olan dəyərli maddələr ayrılaraq, yenidən istifadəsi üçün aidiyyəti istehsal müəssisələrinə yönləndiriləcək:
 
 “Bu yolla da təbii sərvətlərə qənaət edilmiş olacaq, yeni iş yerləri yaradılacaq və tullantı həcmləri azaldılaraq ətraf mühitə və insan sağlamlığına təhlükə riski aradan qaldırılacaq”.
 
 
Seymur Qasımbəyli
 
 
 



Baxış sayı: 628

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024