12px13px15px17px
Tarix:16/06/15

E-hökumət bürokratiyanı aradan qaldırır

Azərbaycanda həyata keçirilən Elektron hökumət quruculuğu artıq öz bəhrəsini verməkdədir. Ölkə əhalisi və eləcə də dövlət strukturları onun bəhrəsindən yararlanmaqdadır.
 
Elektron hökumətin tərkib hissələrindən biri olan elektron sənəd dövriyyəsinin tətbiqi də həm vaxt itkisinin qarşısını alıb, həm də kağızdan istifadəni və əlavə xərcləri aradan qaldırıb.
 
 
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti də bu istiqamətdə həyata keçirdiyi işləri yekunlaşdırıb. ASC-dən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, sözügedən cəmiyyətin daxilində elektron sənəd dövriyyəsinin istifadəyə verilməsi ilə kağızlara ciddi şəkildə qənaət edilib. Cəmiyyətin mətbuat katibliyindən bildirilib ki, elektron sənəd dövriyyəsi sistemi bürokratiyanı aradan qaldırır, vaxta və iş qüvvəsinin daha səmərəli istifadəsinə gətirib çıxarıb.
 
“Sənəd dövriyyəsi ilə yanaşı, Cəmiyyət daxilində satınalmalar proseduru da elektronlaşdırılıb. Cəmiyyət daxilində fəaliyyət göstərən bütün qurumlar arasında fiber-optik əlaqə qurulub və tullantıların idarə edilməsi üzrə xüsusi proqram təminatı yaradılıb. Bu da emal olunan tullantılara dair ətraflı məlumatların toplanması və işlənməsini daha da asanlaşdırıb” – deyə ASC-nin mətbuat katibliyindən vurğulanıb.
 
Seymur Qasımbəyli
 
 
 
 
 
 
 



Baxış sayı: 614

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024