12px13px15px17px
Tarix:18/06/15

“Samsung”un bütün smartfonlarında boşluq aşkar edilib

“NowSecure” şirkətinin tədqiqatçıları “Samsung” şirkətinin istehsalı olan smartfonların proqram təminatında boşluq aşkar ediblər və nəticədə təhlükəsizliyi qorunmayan “Wi-Fi” şəbəkəsi vasitəsilə qurğu sahibinin məlumatlarına müdaxilə mümkündür.
 
"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, bu problem 2012-ci ildə buraxılmış “Galaxy S3” qurğusundan başlayaraq “Samsung” şirkətinin “Android” mobil platforması ilə işləyən bütün smartfonlarında qeydə alınıb.
 
“NowSecure” şirkətinin qiymətləndirməsinə görə, belə qurğuların sayı təxminən 600 milyona yaxındır.  Boşluq klaviaturanın işinə cavabdeh proqram təminatında aşkar edilib və standart klaviaturanı söndürməklə bu problemi həll etmək mümkün deyil.
 
Ekspertlər potensial təhlükənin ciddiliyini 10 ballıq şkala üzrə 8,3 balla qiymətləndiriblər.
 
“NowSecure” şirkəti dəqiqləşdirir ki, bu boşluğa müdaxilə heç də asan deyil: bu boşluqdan istifadə etmək üçün klaviaturanın proqram təminatının yenilənməsi zamanı qurğuya qoşulmaq lazımdır.
 
Emil Hüseynov



Baxış sayı: 509

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024