12px13px15px17px
Tarix:18/06/15

“Huawei” Avropaya rəqəmləşdirmə prosesini sürətləndirməkdə kömək edəcək

"Çinin “Huawei” şirkəti sahəvi ekosistemin inkişafı sahəsində avropalı tərəfdaşları ilə əməkdaşlığa başlayacaq və bu, rəqəmləşdirmə prosesini sürətləndirməyə imkan verəcək" – “Huawei”nin strateji marketinq üzrə direktoru Vilyam Syu üçüncü “Huawei Europe Innovation Day” konfransının iştirakçılarına bəyan edib.


"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, rabitə operatorları, analitik şirkətlər, dövlət təşkilatları və KİV nümayəndələri tədbirdə iştirak ediblər. Konfransın məqsədi Avropada sahəvi ekosistemin inkişafı, həmçinin Sənaye 4.0, "ağıllı şəhərlər", daşınan qurğu texnologiyaları və "Əşyaların interneti" (IoT) kimi konkret istiqamətlərin müzakirəsidir.

"Huawei” Avropaya avadanlıq, infrastruktur və proqram sahələrində rəqəmləşdirmə prosesini sürətləndirməkdə kömək edəcək, biz artıq bu məqsədlə sifarişçi, tərəfdaş və elmi-tədqiqat təşkilatları ilə sıx əməkdaşlıq edirik" – Vilyam Syu deyib.

2006-cı ildən “Huawei” şirkəti Avropanın “Deutsche Telekom”, “British Telecom” və “Vodafone” kimi operatorları ilə birgə gələcəyin şəbəkələrinin tədqiqi, yeni xidmətlərin hazırlanması və istifadəçi xidmətlərinin optimallaşdırılması üçün 19 innovasiya mərkəzi təsis edib.

Emil Hüseynov
 
 



Baxış sayı: 585

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024