12px13px15px17px
Tarix:18/06/15

Tədrisdə informasiya-kommunikasiya texnologiyaları vasitələrindən professional səviyyədə istifadə yolları müzakirə olunacaq

Azərbaycan Müəllimlər İnstitutu (AMİ) 20-21 noyabr 2015-ci il tarixində Qloballaşma prosesində təhsilin milli və bəşəri dəyərlər əsasında təşkili mövzusunda IV Beynəlxalq Elmi Konfrans keçirəcək.
 
Konfransın əsas məqsədi qloballaşma prosesində müasir tələblərə cavab verən təhsil sisteminin milli və bəşəri dəyərlər əsasında təşkili: milli təhsilin idarəetmə sisteminin təkmilləşdirilməsi, yüksək təlim texnologiyaları və informasiya-kommunikasiya texnologiyaları vasitələrindən professional səviyyədə istifadə yolları və üsullarının araşdırılması, institutda kadr təminatı, təhsil proqramları (bakalavr, magistratura, doktorantura, ixtisasartırma, yenidənhazırlanma) məsələlərinə dair dialoqların və təcrübə mübadiləsinin aparılması, bu sahədə novator xarakterli məruzələrin nəşr edilməsidir.
 
AMİ-dən qeyd edilib ki, konfransda yeni layihələr və innovativ xarakterli yazılar təqdim etmək istəyən tədqiqatçılar, müəllimlər və təhsil sistemi ilə yaxından maraqlananlar iştirak edə bilərlər.
 
 Konfransın müzakirə istiqamətlərinə “Tədrisin milliliyi və qlobal-bəşəri dəyərlər”, “Qloballaşma prosesində təhsil və müasir texnologiyalar”, “Qloballaşma dövründə təhsil və Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Fənlərin tədrisində innovativ-elmi metodlardan istifadənin təşkili”  və s. daxildir.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 365

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020