12px13px15px17px
Tarix:19/06/15

“Facebook” daha çox afroamerikalı və latın amerikalını işə götürəcək

"The Wall Street Journal" nəşri yazır ki, "Facebook" irqi müxtəliflik siyasətinin keçirilməsi çərçivəsində irqi və etnik azlıqların nümayəndəsini daha çox işə götürəcək. Sosial şəbəkənin nümayəndələri bu informasiyanı təsdiqləyib.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, korporasiya işə qəbul zamanı ABŞ-ın Milli futbol liqası tərəfindən istifadə olunan "Runi qaydasının" tətbiqini planlaşdırır. Komandanın əsas məşqçisini işə götürdükdən sonra heyət seçimi üzrə mütəxəssislər irqi və ya etnik azlığın ən azı bir nümayəndəsini müsahibəyə dəvət etməlidirlər.

Əgər bu proqram korporasiyanın əməkdaşları arasında afroamerikalı və latın amerikalıların, həmçinin başqa azlıqların nümayəndələrinin sayını artırsa, o zaman bu proqram "Facebook"un bütün bölmələri üçün işəgötürmə standartına çevriləcək.

Hələ ki ABŞ-da korporasiyanın texniki mütəxəssislərinin böyük əksəriyyətini ağdərililər (53 faiz) və ya asiyalılar (41 faiz) təşkil edir. Latın amerikalıların sayı 3 faiz, afroamerikalılarda isə 1 faizdir.
"Facebook"un bütün ofislərində texniki profil üzrə çalışan qadınların sayı 15 faiz təşkil edir. Rəhbər heyət arasında bu göstərici 23 faiz təşkil edir. Korporasiyada 10 min nəfər işləyir.

Emil Hüseynov




Baxış sayı: 245

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020