12px13px15px17px
Tarix:12/09/11

“Google” şirkəti Finlandiyada iri məlumat mərkəzi açıb

“Google” şirkəti Finlandiya ərazisində yeni iri məlumat mərkəzini açıb. Burada Skandinaviya, həmçinin, Baltikyanı və Rusiyadan olan istifadəçilər üçün şirkətin xidmətlərinə girişi sürətləndirəcək serverləri yerləşdirmək planlaşdırılır.

Yeni məlumat mərkəzinin dəyəri 200 milyon avro təşkil edib. Fin ekspertləri bildiriblər ki, “Google”-un ardınca digər internet şirkətləri də Finlandiya, İsveç və Norveçdə yerləşə bilərlər, belə ki, burada məlumat mərkəzlərinin tikintisi elektrik enerjisinə olan aşağı qiymətlərə və soyuq iqlimə görə sərfəlidir.

Məlumat mərkəzinin ərazisi “Google” tərəfindən 2 il əvvəl alınıb, buna qədər burada poliqrafiya ehtiyacları üçün kağız çıxarılışı üzrə istehsalat olub.

Məlumat mərkəzi kiçik fin şəhəri Xaminanın ərazisində, Baltik dənizinin sahilində yerləşib. Həmçinin, bu ərazi “Google” şirkəti üçün soyuq fin iqlimi və serverlərin açıq hava ilə soyuması imkanı ilə olduqca əlverişlidir.

“Google Benelux”-un nümayəndəsi Ol Verni qeyd edib ki, şirkət məlumat mərkəzini kifayət qədər bahalı kimi qiymətləndirir. Yüksək qiymət onun yerləşdiyi yer, bina üçün, məlumat mərkəzi təşkilatı və server avadanlığı üçün ödənib. Lakin onun sözlərinə görə, bütün bu xərclər gələcəkdə elektrik qənaəti ilə aradan qaldırılacaq.

Serverlərin soyudulması burada ya ümumiyyətlə, tələb olunmur, ya da ki minimum tələb olunur. Ərazinin orta illik temperaturu cəmi 2 dərəcə təşkil edir və son 50 il ərzində 30 dərəcə temperaturdan yuxarı olan yay cəmi 24 saat olub.

“İnvest Sweden” fondunun baş rəhbəri Tomas Skolniski bildirib ki, Skandinaviya ölkələri Qərb internet şirkətləri üçün bir çox şeydə əlverişlidir.

"Burada bir çox amil var. Bizdə sabit siyasi vəziyyət, əla tel-optik şəbəkəsi, təbii qəzaların minimal riski və müvafiq iqlim var.



Baxış sayı: 1242

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024