12px13px15px17px
Tarix:19/06/15

Virtual və artırılmış reallıq qurğuları bazarında artım gözlənilir

“CCS Insight” tədqiqat şirkətinin proqnozuna əsasən, 2015-ci ildə dünyada təqribən 2.5 milyon virtual və artırılmış reallıq (“VR/AR”, “Virtual Reality/Augmented Reality”) qurğusu satılacaq.

"ICTnews" elektron xəbər xidməti “dailycom.ru” saytına istinadən bildirir ki, analitiklərin qiymətləndirməsinə görə, 2018-ci ildə ədədi baxımından sözügedən bazarın həcmi 24 milyon qurğu, pul baxımından isə 4 milyard dollardan çox təşkil edəcək. Həmçinin bildirilib ki, 2017-ci ildə 12 milyondan çox “VR” qurğu satılacaq və artırılmış reallıq eynəyinin satış həcmi 1,2 milyard ABŞ dolları məbləğində gəlir qazandıracaq.

Analitiklər belə düşünür ki, yaxın gələcəkdə virtual reallıq qurğularının istehlak bazarında uğur qazanmaq şansı daha çoxdur. Bir çox nəhəng şirkətlər, həmçinin “Facebook”, “Google”, “Sony”, “HTC”, “Samsung” bu sahədə həllər üzərində çalışır.

Analitiklər “VR” qurğuların yalnız kompüter oyunları, video izlənilməsində deyil, həm də marketinq məqsədi, həmçinin sosial şəbəkələrdə ünsiyyət üçün tətbiq ediləcəyini bildirib.

Emil Hüseynov




Baxış sayı: 541

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024