12px13px15px17px
Tarix:19/06/15

Hansı şirkət istifadəçilərin məxfiliyini qoruyan şirkətlərin reytinqində liderdir?

Şəxsi həyatın toxunulmazlığını korporasiya, dövlət orqanları və hətta sadəcə fiziki şəxslərdən qorumaq ildən-ilə çətinləşir. Nə etirazlar, nə qanun, nə ehtiyat tədbirləri bu vəziyyəti xilas etmir. İstifadəçilər və informasiya təhlükəsizliyi ekspertləri hesab edirlər ki, məxfilik uğrunda mübarizə artıq uduzulub.

"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “Electronic Frontier Foundation” (“EFF”) qeyri-kommersiya hüquq müdafiə təşkilatı internet xidmətləri tədarükçüləri haqda illik hesabatını dərc edib və onların istifadəçi məlumatlarına yanaşması və fərdi informasiyanı mühafizə edən qanunlara riayət etməsinə əsaslanaraq reytinq tərtib edib. Bu il “Apple” korporasiyası maksimum ulduz toplayıb.

2013-cü ildə “EFF” “Apple” korporasiyasını bir ulduzla qiymətləndirmişdi. Ancaq son zamanlar adı çəkilən şirkət məxfiliyin siyasətini şəffaflığa doğru dəyişdirib.

Reytinqə daxil edilmiş 24 texnologiya şirkətindən yalnız 8-i beş ulduzla qiymətləndirilib: “Apple”, “Adobe”, “Credo”, “Dropbox”, “Sonic.net”, “WordPress”, “WikiMedia” və “Yahoo!”. Hüquq müdafiəçilərinin versiyasına görə, “WhatsApp” messenceri və “AT&T” operatoru ən aşağı qiymətləndiriliblər.

Emil Hüseynov




Baxış sayı: 507

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024