12px13px15px17px
Tarix:20/06/15

İnsan emosiyalarını anlayan robotlarının hamısı bir dəqiqəyə satılıb

Yaponiyanın “Softbank Corp.” şirkəti insan emosiyalarını anlayan “Pepper” robotlarının hamısını bir dəqiqəyə satıb. Şirkət hazırda əlavə sifarişlər qəbul etməyə hazır olmadığını açıqlayıb.
 
214 min yen (1,7 min dollar) qiymətinə olan insanabənzər robotlar üçün onlayn sifarişlərə şirkət yerli vaxtla 10:00-da başlayıb. Satışa çıxarılan qurğuların ilk partiyası 1000 ədəd təşkil edib.
 
İstehsalçı nümayəndələrinin sözlərinə görə, robot çoxlu kamera və ötürücülərlə təchiz edilib. Bu, ona insan emosiyalarının bütün spektrini - sevinc, kədər, qorxu, həyəcan, əsəb hisslərini müəyyən etməyə imkan verir. Vəziyyətdən asılı olaraq “Pepper” zarafata cavab olaraq gülə və ya sahibini sakitləşdirə bilər.
 
“Robot şərait və insanın üz ifadəsindən asılı olaraq müxtəlif  vəziyyətə düşməyə qadirdir. O, insanı ruhlandıra, özünü fəal apara, bəzən isə tənhalıq hiss edə bilər”, - "Softbank” prezidenti Son Masayesi deyib.
 
Son vaxtlar robotlar Yaponiyanın istehsal və xidmətlər sahəsinə aktiv tətbiq edilir. İyunun 17-də hökumət robotların daha perspektivli sənaye müəssisələrində və xidmətlər sahəsində tətbiqinə yardıma dair proqram qəbul edib. Bunda məqsəd robotların modernləşdirilməsinin sürətləndirilməsi və işçi qüvvəsinin çatışmazlığı və qocalması şəraitində əmək məhsuldarlığının artırılmasıdır, - “TASS yazır.
 



Baxış sayı: 682

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024