12px13px15px17px
Tarix:20/06/15

“MilliÖN” ödəmə terminallarında “Worldcard” ödənişini aparmaq imkanı yaradılıb

Artıq “Yapı Kredi Bank Azərbaycan”a kredit və “Worldcard” ödənişi etmək istəyənlər “MilliÖN” ödəmə terminallarından istifadə edə bilərlər.
 
Bankdan verilən məlumata görə, ödəmələr 3 valyutada - AZN, USD və EUR olaraq qəbul olunur. Worldcard ödəməsi üçün kart nömrəsi və şəxsiyyət vəsiqəsinin PIN kodunu, kredit ödəməsi üçün isə hesab nömrəsi və şəxsiyyət vəsiqəsinin PIN kodunu daxil etmək lazım gəlir.
 
Hər hansı borcu ödəmək üçün müştərilərdən heç bir komissiya tutulmur və ödənilən məbləğ dərhal hesaba yatırılır.
 
CAHANGİR



Baxış sayı: 841

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024