12px13px15px17px
Tarix:25/06/15

Sahibkarlar İKT təlimlərinə cəlb edilir

Azərbaycanda sahibkarlar arasında informasiya-kommunikasiya texnologiyalarından daha səmərəli istifadəsi və təbliği istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.
 
Bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından verilən məlumata görə, konfederasiya İKT-nin daha geniş tətbiqinə və bununla da istehsalın artırılmasına çalışır.
 
ASK-nın baş hüquqşünası Xəqan Hümmətzadə bildirib ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası davamlı olaraq öz məqsədləri istiqamətində bir sıra layihələr həyata keçirir. Belə layihələrdən biri də “Aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə maliyyə, sığorta, İKT və kooperativlər mövzusunda təlimlərin keçirilməsi” layihəsidir ki, bu layihə çərçivəsində ilk tədbir Ağcabədi rayonunda təşkil edilib.
 
O qeyd edib ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşir və cari il ərzində  bu istiqamətdə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi  kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarları maliyyə, sığorta, İKT, qida təhlükəsizliyində keyfiyyət standartları və kooperativlər və s. sahələrdə  təlimlərə cəlb etməklə onların arasında maarifləndirmə işlərini gücləndirməkdir.
 
Layihədə   4 əsas komponent üzrə ayrı-ayrılıqda mövcud durum araşdırılmış və hazırkı vəziyyət nəzərə alınaraq sahələr üzrə müvafiq məqsəd və vəzifələr müəyyən edilib.
 
 
SEYMUR



Baxış sayı: 1005

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024