12px13px15px17px
Tarix:25/06/15

“Microsoft” “Internet Explorer” brauzerində boşluğu aradan qaldırmaqdan imtina edib

“Microsoft” korporasiyası hakerlərin FK-in əməli yaddaşına müdaxiləsinə imkan verən “Internet Explorer 11” brauzerində aşkar edilmiş boşluğu aradan qaldırmayacaq.

Korporasiyanın nümayəndəsi bu addımı belə izah edib ki, brauzerin boşluq aşkar edilmiş 32 bitlik versiyası istifadəçilərin marağını bir o qədər cəlb etmir. Bundan əvvəl korporasiya boşluğun aşkar edilməsi üçün 125 min dollar məbləğində mükafat ödəyib.
 
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, "Microsoft korporasiyası təsdiq edib ki, tərəfimizdən aşkar edilmiş boşluq barəsində hər hansı addım planlaşdırılmır. Biz də qərara aldıq ki, ictimaiyyət bu haqda bilməlidir" – “HP”-nin bloqunda şirkətin nümayəndəsi Dastin Çailds yazıb. Bu halda “HP” şirkəti “Microsoft”un informasiyanın 120 gün ərzində yayılmaması ilə bağlı tələbinə riayət edib.
 
32 bitlik “Internet Explorer 11” brauzerində bu boşluğu “HP”-nin informasiya təhlükəsizliyi üzrə mütəxəssisləri Brayan Qorenk, Əbdül Əziz Xariri və Saymon Sukerbraun aşkar edib.
 
Emil Hüseynov
 
 
 



Baxış sayı: 531

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024