12px13px15px17px
Tarix:25/06/15

“Locowise”: “Şirkətlər müştərilərin “Facebook”dakı müraciətlərinin 87 faizini cavablandırmır”

Şirkət müştərilərinin “Facebook” sosial şəbəkəsində etdikləri müraciətlərinin çox hissəsi cavabsız qalır. Bu barədə sosial şəbəkələrin analitikası və hesabatlılığı ilə məşğul olan "Locowise” şirkətinin yeni hesabatında deyilir.
 
Şirkət mütəxəssisləri 900-dən çox səhifəni öyrənərək şirkətlərin “Facebook”dakı müştəri xidmətlərinin qeyri-qənaətbəxş olmasını müəyyən ediblər.
 
Tədqiqatın ən yaddaqalan nəticəsi isə müraciətlərin 87 faizinin cavablandırılmaması olub.
 
İnzibatçıları müştərilərin müraciətlərini cavablandırmağa məsul olan səhifələr arasında onlar bunu seçim ilə etməklə yalnız 37 faizinə cavab verirlər.
 
Digər istifadəçilər tərəfindən şərhlərin dərc edilməsi imkanını ləğv edən səhifələrin 65 faizi müştərilərə ümumiyyətlə cavab vermir.
 
Digər tərəfdən, şirkətlər müştərilərin suallarını cavablandıran zaman bunu tez edirlər. İnzibatçıları müştərilərin müraciətlərini cavablandıran bütün səhifələr arasında cavabların 33 faizi sual dərc edildikdən 60 dəqiqə, 12 faizi 1-2 saat, 15 faizi 2-4 saat sonra daxil olub.
 
“Locowise” mütəxəssisləri qeyd edir ki, təqdim edilən məlumatlar şirkətlərə “Facebook”da hazırkı müştəri xidmətləri barədə informasiya əldə etməyə imkan verir. Təşkilat müştərilərin müraciətlərinə cavab verməyən şirkətlərin 87 faizinə aiddirsə, onun əməkdaşları məlumatların emalı məsələsini yenidən nəzərdən keçirməli və ya ümumiyyətlə səhifədə digər istifadəçilər tərəfindən şərhlərin dərc edilməsi imkanını ləğv etməlidir, - "Searchengines” yazır.



Baxış sayı: 555

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024