12px13px15px17px
Tarix:29/06/15

“Amazon” süni intellekt layihələrinə investisiyalar yatıracaq

“Amazon” internet mağazası süni intellekti inkişaf etdirən və “ağıllı” qurğulara insan kimi danışmağı öyrədə bilən startaplara investisiyalar yatıracaq “Alexa” fondunu istifadəyə verib.
 
Fondun həcmi 100 milyon dollar təşkil edəcək. İnvestisiya almaq istəyənlərə yeganə tələb istifadəçilərin həyatını yaxşılığa doğru dəyişə biləcək səsli texnologiyaların hazırlanması üzrə işlərin həyata keçirilməsidir. Fond “Echo” kolonkasında süni intellektə və nitqə cavabdeh olan “Alexa” texnoloji platformasının şərəfinə adlandırılıb. “Amazon” rəhbəri Cef Bezos əmindir ki, insan səsindən istifadə insanların texnologiyalarından necə istifadə etməsini köklü şəkildə dəyişə bilər.
 
Hazırda fond yeddi layihəyə investisiya yatırıb.
 
“Echo” süni intellekt elementlərinin inteqrasiya olunduğu simsiz kolonkadır. Qurğu hazırda havanın necə olmasını deyə, “Amazon” ilə istifadəçinin tez-tez aldığı malları sifariş edə və musiqini səsləndirə bilir, - "Lenta” yazır.



Baxış sayı: 476

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024