12px13px15px17px
Tarix:29/06/15

Azərbaycan “Google Play”in tərtibatçı və satıcı akkauntlarının qeydiyyatını həyata keçirə bilən ölkələrin siyahısına daxil oldu

“Google Play”in tərtibatçı və satıcı akkauntlarının qeydiyyatını həyata keçirə bilən ölkələrin siyahısına yeni ölkələr əlavə edilib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, İslandiya, Peru və Yəmən ilə yanaşı, bu siyahıya Azərbaycan da daxil olub.
 
Beləliklə, “Google”un siyahısında tərtibatçı və satıcı akkauntu açmaq mümkün olan ölkələrin sayı 78-dək artıb.
 
Maraqlısı odur ki, lokal tərtibatçılar üçün istifadə edilən valyuta dollardır, amma bu arada Ukraynada bu qrivnadır.
 
Azərbaycanda ödənişlər bank köçürməsi vasitəsi ilə həyata keçirilir, onların minimal həddi isə 100 dollara bərabərdir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 541

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024