12px13px15px17px
Tarix:29/06/15

Onlayn sınaq imtahanlarına start verilib

Rezidenturaya hazırlaşan şəxslər üçün nəzərdə tutulan onlayn sınaq imtahanları onlara biliklərini yoxlamağa gözəl imkan yaradıb.
 
 “ICTnews” Elektron Xəbər Xidmətinin məlumatına görə, bu məqsədlə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinə hazırlaşan namizədlər üçün onlayn sınaq imtahanlarına start verib.
 
TQDK-dan bildirilib ki, qəbul imtahanı ərəfəsində namizədlərə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan onlayn imtahanda suallar qəbul imtahanının ikinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunur.
 
Sınaq imtahanlarında yüksək nəticə göstərənlərin əsas imtahanlarda hansı göstərici ilə qarşılaşacaqlarını müəyyənləşdirə biləcəklər. Qeyd edək ki, sınaqlarda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə vasitəsilə  əldə etmək mümkündür.
 
Hər bir namizəd iş nömrəsi və şifrdən istifadə etməklə “eservices.tqdk.gov.az/sinaq/”   səhifəsində qeydiyyatdan keçə və özünü sınaya bilər.
 
 
SEYMUR



Baxış sayı: 677

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024