12px13px15px17px
Tarix:29/06/15

Maliyyə texnologiyalarına investisiyalar sürətlə artır

Maliyyə texnologiyalarına qlobal investisiyalar ötən il 12,2 milyard dollara çatıb. Daha çox kapital ABŞ şirkətlərinə qoyulub. Bu barədə “Accenture” şirkətinin hesabatında deyilir. Vençur şirkətlər, dövlət fondları tərəfindən təqdim edilən məlumatları təhlil edən ekspertlər bildiriblər ki, maliyyə texnologiyalarına qlobal investisiyaların həcmi il ərzində üç dəfə artıb.  

İnvestisiyaların cəlb edilməsi üzrə lider region ABŞ olub. Burada da kapital qoyuluşunun həcmi 2014-cü ildə üç dəfə - 2013-cü ildəki 3,39 milyard dollardan 9,89 milyard dollaradək yüksəlib. 2013-cü ildə artım 2012-cü illə müqayisədə 86 faiz təşkil edib.

Maliyyə texnologiyaları sahəsində investorlar üçün cəlbedici istiqamətlər ödənişlər olaraq qalır. ABŞ-da investisiyalaşdırma üzrə sazişlərin 29 faizi və əməliyyatların ümumi dəyərinin 54 faizi bu sahənin payına düşür. Cəlbediciliyə görə, ikinci yerdə kreditləşmə sahəsi qərarlaşıb. Aktivlərin idarə olunması və ticarət texnologiyaları Nyu-Yorkda xüsusilə populyardır.

“Accenture” şirkətinin proqnozuna görə, sığorta bazarı yaxın gələcəkdə maliyyə texnologiyalarında əsas istiqamətə çevriləcək, gələn ilin əsas texnoloji tendensiyaları “bulud” hesablamaları və “Blockchain” olacaq, - "Payspacemagazine”  yazır.



Baxış sayı: 588

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024